Neft Fondu pulların 50%-ni Dollarda yatıracaq - 61 MİLYARD
2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti açıqlanıb.
Fondun vəsaitinin xərc istiqamətləri bunlardır:
- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
- 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
Fondun 2018-ci il üçün investisiya siyasətinə, 2018-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.
Sənədə əsasən, 2018-ci il üçün Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 60,67 mlrd. manata bərabər götürülür.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90%-nin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi "A" ("Standard & Poor's", "Fitch") və ya "A2" ("Moody's") dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərti ilə ARDNF-nin investisiya portfelinin məcmu dəyərinin:
- 50%-i ABŞ dollarında ifadə olunan aktivlərə;
- 35%-i avroda ifadə olunan aktivlərə;
- 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
- qalan 10%-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:
- borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 60%-i;
- səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-i (maksimum 5%-ə qədəri səhmlərə investisiya qoyan pay fondları olmaqla);
- daşınmaz əmlak portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri;
- qızıl portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri.
Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür.
ARDNF-nin borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür.
LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 mln. dollardan az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
2 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
-
3 saat əvvəl
“Alstom” şirkəti Meksika ilə 1 milyard dollarlıq müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Mis qiymətləri yüksəlməkdə davam edir
Rəsmi məzənnələr açıqlandı
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Tramp: “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşdıq”
Ən çox oxunanlar
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 28-də gözlənilən hava şəraiti
Xalq Bank 21 illiyini qeyd edir
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA

















