"Ketchi" markasının sahibi barəsində cinayət işi başlanıb - YENİLƏNİB
"Mülhazil Balakişiyevin "Atena" şirkətilə heç bir əlaqəsi yoxdur".
Bu barədə "Marja"ya "Atena"şirkətinin bağlı olduğu "Atropatena" QSC-dən bildirilib.
"Atropatena" şirkətinin təsisçisi və rəhbəri Elşad Rəsulov, "Atena" şirkətinin rəhbəri isə onun qardaşıdır. Dələduzluqda ittiham olunan Mülhazil Balakişiyev "Ketchi" markasının sahibi olan "BMS Aqro" MMC-nin təsisçisidir. "BMS Aqro"nun "Atena" şirkətilə bağlılığı yoxdur. Ağcəbədi rayonunda "BMS Aqro" şirkətinin ferması, "Atena" şirkətinin ferması və zavoduna yaxın olduğundan çoxları bu şirkətin də bizə bağlı olduğunu zənn edir",- "Atropatena" QSC-dən bildirilib.
Qeyd edək ki, "Ketchi", "BMS Aqro" MMC tərəfindən istehsal olunan Azərbaycanın keçi südü məhsulları markasıdır. Keçilər Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 10.000 başlıq fermada saxlanılır.
XXX
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.
Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
- 28 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















