Beşinci dəfə müsabiqəyə çıxarıldı - DÖVLƏT 110 MİLYON İSTƏYİR
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə beşinci dəfə investisiya müsabiqəsi elan edib. Bu barədə komitənin elanında deyilir.
Hər birinin nominal dəyəri 2 manata bərabər olan 527,447 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramında müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması öz əksini tapmalıdır. 3 il ərzində icra olunacaq proqramda investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməlidir. İnvestisiya proqramının ümumi dəyəri $600 mln.-dan az olmamalıdır.
Proqrama səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi, rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələr və onların istehsal gücü, istehsal olunacaq hazır məhsulların çeşidinə (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) dair təkliflər daxil edilməlidir.
Bundan başqa, potensial investorlar müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri, yeni avadanlıq və texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması (1 000 iş yerindən az olmayaraq); istehsal olunacaq məhsulların satış bazarları, təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təkliflər təqdim etməlidirlər.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 110 mln. manat köçürməlidir.
Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi investisiyanın elan olunmuş həcminin 5%-ni 90 təqvim günü ərzində SC-nin hesabına, təklif olunan məbləği isə 180 təqvim günü ərzində dövlət büdcəsinə köçürməlidir.
Tenderin qalibi məsləhətçinin cəlb olunmasına görə 160 min manat məbləğində xərcin ödənilməsini, o cümlədən vergi və sosial ödənişləri 15 təqvim günü ərzində həyata keçirməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 31 may 2017-ci il tarixinədək aparılacaq. Təkliflər iyunun 6-da qiymətləndiriləcək.
Qeyd edək ki, ƏMDK 2016-cı ilin noyabr və dekabr, həmçinin 2017-ci ilin fevral ayında müəssisənin səhmlərini investisiya müsabiqəsinə çıxarsa da, səhmlər satılmamışdı.
«Daşkəsən Filizsaflaşdırma» Daşkəsən şəhərində yerləşir. 1954-cü ildə istismara verilən ASC-nin işçilərinin sayı 316 nəfər təşkil edir.
1 noyabr 2016-cı il tarixinə cəmiyyətin nizamnamə kapitalı 1 mln. 63,14 min manata bərabərdir. Buraxılmış səhmlərin sayı 531,57 min ədəd, bir səhmin nominal dəyəri isə 2 manat təşkil edir.
Qeyd olunan tarixə şirkətin öhdəlikləri 16 mln. 613,319 min manat, dövlət büdcəsinə olan borclar 4 mln. 555,497 min manat, DSMF-yə olan borclar 2 mln. 32,852 min manat, dövlət müəssisələrinə olan borclar 1 mln. 66,447 min manat, alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borclar 2 mln. 42,524 min manat; debitor borcları3 mln. 556,983 min manatdır.
Prezident İlham Əliyev 2016-cı il iyulun 13-də “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında sərəncam imzalayıb. Müəssisənin özəlləşdirilməsində məqsəd Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsidir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 14 saat sonra
- 12 saat sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
6 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
7 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















