"Yapı Kredi Bank Azərbaycan"ın kapitalı artırıldı
"Yapı Kredi Bank Azərbaycan" nizamnamə kapitalını 8,57 milyon manat və yaxud 18,3% artıraraq 46 milyon 810 min 703,88 manatdan 55 milyon 380 min 703,88 manata çatdırıb.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 0,02 manat olan 428,5 milyon ədəd yeni səhm buraxılıb.
Qiymətli kağızları Bankın mövcud səhmdarları alıblar.
Proses yekunlaşdıqdan sonra səhmdarların pay bölgüsündə dəyişiklik olmayıb.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin səhmdarları “YapıKredi Bank AŞ” (99.8%), "Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş" (0,1%) və "Yapı Kredi Finansal Kıralama A.O."-dur (0,1%).
Qeyd edək ki, 2016-cı ilin sonunda 46 milyon 410 min manat məcmu kapitala malik olan “Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin sonunda 64 milyon 76 min manat məcmu kapitala malik idi.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















