II Milli Mühasiblər Forumunu keçirəcək - TARİX
Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunmasıdır. Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Gənc Mühasiblər Birliyi birgə olaraq 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı rayonundakı AR Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumunu keçirəcəklər.
Forumun reallaşmasında məqsəd Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və araşdırmaların stimullaşdırılması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır. Tədbirdə mühasiblər, alimlər, ictimai xadimlər, dövlət və özəl sektorun nümayəndələri bir araya toplanaraq mövzular ətrafında müzakirələr aparacaq, innovativ təkliflər irəli sürəcəklər. Foruma mühasibat uçotu sahəsində Azərbaycanda tanınmış məşhur spikerlər dəvət olunmuşdur ki, bu da iştirakçıların peşə hazırlığının daha da artırılmasına, mühüm biliklər əldə etmələrinə və tədbir boyu vaxtlarının səmərəli keçməsinə kömək edəcəkdir. Həmin spikerlər haqqında geniş məlumat http://mmf.az/#team səhifəsində verilmişdir.
Forumda bir ilkə də imza atılaraq əvvəlki tədbirdən fərqli olaraq məşhur spikerlərlə yanaşı mühasibat uçotu sahəsində yeni simaların üzə çıxması üçün hər kəsə məruzəçi kimi çıxış etmək imkanı yaradılmışdır. Təbii ki, bu seçim əsasında aparılacaq. Buna görə də məruzəçi iddiasında olanlar Forumun rəsmi saytına – www.mmf.az – a daxil olub şərtlərlə tanış olmalı, tələblərə müvafiq qaydada müraciət etməlidirlər.
Bu dəfəki Forum keçən ilkindən həm də öz rəngarəngliyi ilə də seçilir. Belə ki, Forumda mühasibat uçotu sahəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır. Bura ilin mühasibat uçotu sahəsində ən yaxşı treyneri, jurnalı, məqaləsi, kitabı və proqram təminatı nominasiyaları üzrə maraqlı müsabiqələr daxildir. Azərbaycanda bu sahə üzrə özünə güvənən şəxslər bacarıqlarını sınamaq üçün http://mmf.az/#musabiqe saytına daxil olub yarış şərtləri ilə tanış ola bilərlər. Qeyd edək ki, qalibləri sonda pul mükafatları, qiymətli hədiyyələr və sertifakatlar gözləyir.
Hesab edirik ki, Forum iştirakçıları üçün ən maraqlı məqamlardan biri də mühasibat uçotu sahəsində Respublika üzrə II Breyn-Rinq yarışmasına qatılmaları olacaqdır. Bilik müsabiqəsi Forums iştirakçıları arasından mühasibat uçotu üzrə sual-cavab əsasında komandaların formalaşması ilə başlayır. Sonrakı mərhələlərdə isə suallar getdikcə çətinləşir, özündə nəzəri və praktiki məsələləri ehtiva edir. Qalib komanda bir qayda olaraq mükafatlandırılır. Keçən ilki Breyn-Rinqdə qalib “HAYKS” komandasına Beynəlxalq Sertifikatlı ödənişsiz treyninq hədiyyə olunmuşdur. Həmin oyundan kiçik fraqment https://www.youtube.com/watch?v=HMpQsCgWJe0&feature=youtu.beözü də adamda böyük təəssürat oyadır.
Qeyd edək ki, II Milli Mühasiblər Forumunda iştirakla bağlı heç bir ödəniş tələb olunmur. Bütün xərclər Forumun Təşkilat Komitəsi tərəfindən qarşılanmaqla yanaşı, tədbirin 2-ci günü Azərbaycanın füsunkar məkanlarından olan Şamaxı və İsmayıllı rayonlarının ən gözəl güşələrində gəzinti də təşkil olunacaqdır. Hesab edirik ki, bu da iş mühitindən ayrılaraq, mühasiblərin illik yorğunluqlarını aradan qaldıracaqdır. Oxuyucular gecikməməli, iştirak üçün müraciətə tələsməlidirlər. Məruzəçilər ən geci 15 fevral 2018-ci il tarixinə kimi qeydiyyatdan keçməlidirlər. Dinləyici kimi iştirak arzusunda olanlar isə 1 Mart 2018-ci il tarixinə qədər bu istəklərini Təşkilat Komitəsinə bildirməlidirlər.
Müraciət etmək üçün www.mmf.az elektron saytında “Qeydiyyat” pəncərəsinə daxil olub elektron qaydada formanı tam doldurub göndərmək lazımdır. Bundan sonra elektron qeydiyyat formasında göstərdiyiniz e-mail ünvanınıza 3 gün ərzində xüsusi ərizə forması göndərilir. Həmin ərizəni tez bir zamanda tam doldurub ərizə gələn e-mail ünvana göndərməlisiniz. Bu da hələ iştirak hüququ əldə etməyiniz deyildir. Daha sonra 2018-ci ilin mart ayının ilk həftəsi MMF-in Təşkilat Komitəsinin üzvləri ərizəçinin göndərdiyi məlumatları təhlil edərək tədbirin keçirilmə məqsədlərinə ən uyğun şəxsləri şeçəcəklər. Seçilmiş şəxslərə xüsusi dəvətnamələr göndəriləcək ki, bununlada onlar Forumda tam iştirak hüququ əldə etmiş olacaqlar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
4 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 4 saat əvvəl
-
5 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
5 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
6 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq





















