Qərb bankları "Müasir İpək Yolu" üçün yarışır
Qərb bankları, Çinin nəhəng "Bir kəmər və Bir yol" layihəsində rol almaq üçün bir-biri ilə yarışır. Bu layihəyə "Müasir İpək yolu" da deyilir.
"Marja" xəbər verir ki, "Financial Times"ın xəbərinə görə, Qərbdə layihənin Çinin qlobal səviyyədəki təsirini artıracağına dair narahatlıqlara baxmayaraq, ABŞ və İngiltərə bankları layihədə rol almaq üçün cəhdlərini sürətləndirib.
Çinin böyük sərmayə qoymağı planlaşdırdığı və "Müasir İpək Yolu" adlandırılan "Bir kəmər və Bir yol" layihəsi, Asiyadan Yaxın Şərqə, Avropaya, Afrikaya uzanacaq bir ticarət şəbəkəsi qurulmasını nəzərdə tutur. 65 ölkə, dünya əhalisinin 60%-ni və qlobal Ümumi Daxili Məhsulun üçdə birini əhatə etməsi planlaşdırılan "Müasir İpək yolu"nun üstündə, Bakı-Tiflis- Qars dəmir yolu da yer alır.
"Financial Times", bir çox bankın işlərə başladığını və layihə ilə bağlı onlarla müqavilə imzalamağa nail olduğunu yazıb.
Nəhəng layihədə yer almaq istəyən banklar arasında Citigroup, HSBC və Standard Chartered da var. Standard Chartered-in İcraçı direktoru Bill Winters, "Bu layihə reallaşarsa buraya axacaq özəl sektor kapitalı çox böyük olacaqdır. Bizim işimiz ayrı-ayrı hissələri birləşdirməkdir, çünki burada yerli maliyyələşdirmə da gərəkdir" deyib.
"Citigroup"un Asiya-Sakit Okean Bank İşi Departamentinin Müdiri Gerry Keefe də, "ABŞ-dan və Asiyadan bir çox transmilli müştərimiz, "Bir kəmər və Bir yol" layihəsini fəaliyyətlərini genişləndirmək üçün böyük bir fürsət olaraq görür" deyə bildirb.
Digər tərəfdən İngiltərə və ABŞ hökumətlərinin şübhə ilə yanaşması və layihənin 1-20 illik perspektivdə başlayacağı da bəzi şirkətlər üçün qeyri-müəyyənlik yaradır. "Standard Chartered"ın Çin və Şimali Asiya şefi Ben Hung, "İnvestorlar səbrli olmalıdır. 10-20 il sonraya baxmalıdırlar, bu proses bir iki ildə reallaşmayacaq" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
























