Ekspertlər: Neftin qiyməti bu il mütəmadi bahalaşacaq
Cari ildə neftin qiyməti mütəmadi olaraq artacaq.
“Reuters”in sorğusunda iştirak edən ekspertlər bu fikirdədirlər.
Neft bazarının analitikləri xam neftin qiymətinin bu il ardıcıl olaraq artacağını proqnozlaşdırırlar. Lakin bu bahalaşma ABŞ-da şist nefti istehsalının artması və OPEC üzrə neft hasilatının azaldılması sazişinin təsiri ilə müəyyən qiymət aralığında dəyişəcək.
Analitiklər “Brent” markalı xam neftin bir barrelinin qiymətinin bu il orta hesabla 63 dollar olacağını düşünür.
“Light” neftinin orta qiymətinin isə 2018-ci ildə 58,88 dollar/barrel səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda 10 milyon barrel olan ABŞ-ın gündəlik xam neft istehsalının bu il ərzində yüksələrək sutkalıq 11 milyon barreldən çox olacağı ehtimal edilir.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələr və başda Rusiya olmaqla digər qeyri-OPEC ölkələri neft hasilatını bu ilin sonuna qədər gündəlik 1,8 milyon barrel azaltmaq barədə öhdəlik götürüblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























