“Çoxdan bu avto-markaları Azərbaycanda təmsil etmək fikrindəydik”
Bunu “Marja”ya Fiat Chrysler Automobiles Group-un Azərbaycanda yeni rəsmi dileri “Avtolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov bildirib.
“Biz Fiat Chrysler Automobiles Group-un markalarını, xüsusilə Alfa Romeo modelini çoxdan Azərbaycanda təmsil etmək fikrindəydik. Bütün gücümüzü ortaya qoyaraq, Fiat Chrysler Automobiles Group-un Azərbaycanda dileri olmaq təklifini verdik, qrup da bizə müsbət cavab verdi. Bunun üçün bir imkan da yarandı. Əvvəlki distribyutorların imtina edib-etmədikləri barədə bizdə məlumat yoxdur. Bunu deyə bilərəm ki, onlar anbarlarında olan avtomobiləri satdıqdan sonra bir daha bu modelləri gətirməyəcəklər”,- o deyib.
Xəbər verdiyimiz kimi, “Avtolux Azərbaycan” FCA (Fiat Chrysler Automobiles) Group-un brendləri olan Fiat, Fiat Professional, Jeep, Dodge, Chrysler, eləcə də, Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan Alfa Romeo və Abarth markalı avtomobillərinin satışı və servis xidmətlərini həyata keçirəcək. “Avtolux Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir. Bundan öncə şirkət Ferrari, Aston Martin və Lamborgini, eləcə də Ferrari Store və Collezione Lamborghini markalarının distributor olub. Brend cərgəsinə FCA Group-un markalarını əlavə etməklə “AvtoluxAzərbaycan”-ın satışını həyata keçirdiyi avtomobil markalarının sayı 10 çatıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























