Əmlaka 1,9 milyard dollar investisiya yatırıb
ARDNF daşınmaz əmlak komplekslərinə 1,9 mlrd. dollar investisiya yatırıb.
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, 2012-ci ildən etibarən ARDNF-nin aktivləri eyni zamanda daşınmaz əmlaka və qızıla yerləşdirilir.
"Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 190 mln. funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin Tverskaya 16 ünvanında ünvanında yerləşən və dəyəri 3,6355 mlrd. rus rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət kompleksində, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,5 mln. avro təşkil edən daşınmaz əmlak kompleksinə, Cənubi Koreyanın Seul şəhərinin 203 Eurojiro2-ga, Jung-gu ünvanında yerləşən, dəyəri 199,35 mlrd. Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” ofis binasına, Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 53,018 mlrd. yapon yeni təşkil edən ticarət mərkəzinə, İtaliyanın Milan şəhərinin Via Meravigli 7 ünvanında yerləşən və dəyəri 99,6 mlin. avro təşkil edən “Palazzo Turatti” ofis binasına investisiya edib".
Bundan əlavə, ARDNF tərəfindən “PGİM Real Estate”, “AXA İnvestment Management”, “PAG Reak Estate”, “E-Shang Redwood”, “Gaw Capital Partners”, “BlackStone Real Estate”, “Walton Street Capital” və “Blackrock Fund Managers Limited” şirkətləri tərəfindən idarə olunan fondlara investisiyalar edilib. Həmçinin, “PGİM Real Estate”, “Blackrock Fund Managers Limited”, “Walton Street Capital” və “Gaw Capital Partners” ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə birgə investisiyalar edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
-
31 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 33 d. əvvəl
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
4 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























