Yapı Kredi-də endirimli kreditlər dövrü başladı!
Yapı Kredi Bank Azərbaycan kredit məhsulu üzrə faizlərə endirim etmiş və müxtəlif istehlak krediti məhsullarını müştərilərinə təqdim edir.
Bankdan aldığımız məlumata görə, istehlak krediti üzrə illik faiz dərəcələri 18%-dən, effektiv faiz dərəcəsi isə 10%-dən başlayır.
Digər bir maraqlı məqam isə kreditlərin maksimum məbləğinin olmamasıdır. Yəni, müştərilər istənilən məbləğdə fərdi ehtiyac krediti üçün banka müraciət edə bilərlər. Kreditin maksimum müddəti 36 aydır. Məhsullarla bağlı məlumatı aşağıda diqqətinizə çatdırırıq.
İstehlak Krediti, Kimlər Üçün? | İllik % dərəcəsi | FİFD | Zamin | Girov |
Neft-Qaz Sahəsində çalışanlar | 20% | 21.10%-dən başlayaraq | Tələb Edilmir | Tələb Edilmir |
IT və Telekommunikasiya sahəsində çalışanlar | 20% | 21.10%-dən başlayaraq | Tələb Edilmir | Tələb Edilmir |
Əmək Haqqını Yapı Kredidən Alanlar | 18% | 19.10%-dən başlayaraq | Tələb Edilmir | Tələb Edilmir |
Təkrar Müştərilər | 20% | 21.10%-dən başlayaraq | Tələb Edilmir | Tələb Edilmir |
Yeni Müştərilər | 24% | 25.14%-dən başlayaraq | Tələb Edilmir | Tələb Edilmir |
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏRLƏR?
Yapı Kredi Bank Azərbaycanın istehlak kredit məhsulundan Neft-Qaz, IT və Telekommunikasiya sahəsində çalışanlar, Əmək haqqını Yapı Kredidən alanlar, Bankın təkrar müştəriləri və digər bütün yeni müştərilər istifadə edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla bankın filiallarına müraciət edə bilərlər. (https://www.yapikredi.com.az/az/filiallar ) Krediti online da sifariş etmək mümkündür. Online sifariş üçün müvafiq linkə klik etmək gərəklidir. https://www.yapikredi.com.az/az/kredit-sifarisi .
Məhsulla bağlı ətraflı məlumatı www.yapikredi.com.az ünvanından və ya 24/7 fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















