Xalis kərə yağı necə olmalıdır?
Hər kəsin görə biləcəyi bir neçə əlamət
Sapsarı, yupyumşaq, ətirli…
Sizcə, əsl kərə yağı belə olmalıdır? Müxtəlif bitki yağlarının qarışığından ibarət yağları «Kərə yağı” adı ilə satanların toruna düşməyin. Çünki kərə yağı tək dadı ilə yox, həm də faydaları ilə gündəlik qidamızın ayrılmaz hissəsidir. «Kərə yağı” kimi alıcılara satılan marqarin və spredlərin isə nəinki faydalı xüsusiyyətləri yoxdur, hətta orqanizmin metabolizmini pozmaqdan başlayaraq, bir sıra ağır xəstəliklərə qədər səbəb olur.
O zaman əsl kərə yağını rəflərdəki onlarla yağ arasında necə fərqləndirmək olar? Bu göstərici və xüsusiyyətlərdən bəzilərini məhsulu almamış da görmək mümkündür, bəzilərini isə evdə yoxlaya bilərsiniz. Bu da sizə gələn dəfəki alışlarınız üçün etibarlı markanızı seçməyə əsas verər.
Əvvəlcə, vitrindəki qiymətlərə baxın…
1 kq xalis kərə yağının alınması üçün 20 kiloqramdan artıq süd sərf olunur. Bu qədər xammal istifadə edilən yağın aşağı qiymətə satılması sizdə şübhə doğurmalıdır. Məsələn, 10 ildən çox müddətdir ki, kərə yağı istehsal edən “Səba” şirkəti 27 litr süddən 1 kq yağ aldığını deyir. Bunun müqabilində çəki ilə olan (5 kq-lıq qablaşdırma) “Səba” kərə yağının 1 kiloqramının qiyməti 13 manat ətrafındadır.
Sonra qutunun üstündə yazılanları oxuyun…
Kərə yağı təbii süddən alındığı üçün ilk növbədə onun saxlama müddətinə diqqət edin. Təbii süd məhsulları tez xarab olduğundan (pasterizə edilmiş inək südünün saxlama müddəti 3 gündür), diğər süd məhsulları kimi, yağın da saxlama müddəti az olmalıdır. Məsələn, “Səba» Azərbaycanda kərə yağına ən qısa saxlama müddəti verən yeganə şirkətdir. «Səba” kərə yağının saxlama müddəti -18 dərəcə temperaturda 3 aydır. Bu da onu göstərir ki, şirkət istehsal etdiyi yağa heç bir konservant qatmayaraq, onun tərkibindəki bakteriyaları sənaye üsulu ilə öldürməyib və kərə yağının bütün faydalılığını qoruyub saxlayıb. Məhsula verilən saxlama müddəti uzandıqca, tərkibindəki konservantların da artdığına əmin olun!
Təbii ki, yağlılığa diqqət edin…
Xalis kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır. Almaniyanın Meggle, Finlandiyanın Valio kimi məşhur markalarının yağları 82% yağlılıqdadır. Yerli “Səba» brendi kərə yağında 82,5% yağlılıq olduğuna zəmanət verir. Qeyd edək ki, kənd nehrə yağındakı aşağı yağlılıq faizi məhsulun tərkibində ayranın bol olmasının göstəricisidir. Məhz buna görə də ənənəvi nehrə yağı kərə yağından daha tez xarab olur.
Bu sarı nəyin sarısıdır?
Xalis kərə yağının marketdə görə biləcəyiniz xüsusiyyətlərindən biri də onun rəngidir. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Kərə yağının rəngi açıq olur. Azacıq sarımtıllıq (çox cüzi) yaşıl otun inək südünə verdiyi çalardan ola bilər. Bu da yalnız isti fəsillərdə mümkündür. Unutmayın ki, yağın rəngi mütləq bərabər olmalıdır. Zolaqlar, dəyişən rənglər kərə yağına xas deyil!
Deyək ki, yağ alıb, evə gətirdiniz…
Xalis kərə yağı öz formasını saxlayır və bərk olur. O, nə büküldüyü kağıza (qablaşdırmaya), nə də bıçağa yapışır. Xalis kərə yağı tez yumşalmır. Marqarinin (spredin) tərkibindəki bitki yağları isə istiyə çıxan kimi yumşalır. Kərə yağı topaclanmır və çörəyin üzərinə bircinsli qat kimi çəkilir.
Və atdınız qızdırılmış tavaya…
İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Spred isə istinin təsirindən dərhal yumşalıb axır. Əritdikdə də kərə yağı özünü dərhal göstərir: əvvəl südə çevrilir, sonra isə tortası dibinə çökür və rəngi şəffaflaşır.
Bunu da unutmayın!
Kərə yağı qoxusuzdur.
Xalis kərə yağının faydaları kimi, digər yağlarla fərqlərini də xeyli sadalamaq olar. Əsas odur ki, ailənizə sağlam və faydalı məhsulu seçə biləsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
36 d. əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
53 d. əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
1 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
İyunun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"






















