Həm zərərin içindədir, həm də şərtlə birləşə biləcəyini deyir
“AGBank”: İqtisadi maraq olduğu halda konsolidasiyaya gedə bilərik
“Hazırda “AGBank”ın bazarda hər hansı bankla birləşməyi müzakirə olunmur”.
Bunu “AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.
Onun sözlərinə görə, konsolidasiya olsa belə, bu, normal prosesdir.
“İstənilən kommersiya qurumu buna öz marağı baxımından yanaşacaq. Hər hansı maraqlı təklif gəlsə, birləşmə nəticəsində hansısa güclü bir maliyyə qurumu yaranacaqsa, niyə də yox?! Birləşmə müsbət prosesdir. Ancaq təəssüf ki, birləşmə, həmçinin iki böyük problemli bankın birləşməsi ilə bir böyük problemli bankın yaranması kimi də ola bilər. Bundan başqa, hər hansı güclü bank zəif bankı özünə birləşdirə bilər. Burada da məqsəd onun müştəri bazasını əldə etmək ola bilər. Sadəcə birləşmə xətrinə bunu etməyin mənası yoxdur. “AGBank” konsolidasiyanın nəticəsində iqtisadi marağı olduğu halda konsolidasiyaya gedə bilər. Sadəcə konsolidasiya etmək xətrinə konsolidasiya mənasız bir şeydir,” – deyə Ə. Cəlilov bildirib.
Banka əlavə kapital cəlbinə gəlincə, sədr qeyd edib ki, “AGBank” artıq 7 mln. manatlıq kapital artımı elan edib: “Hazırda səhmlərə maraq göstərən şəxslər müraciət edirlər. 3 ay ərzində bu proses baş verməlidir. Bundan sonra real kapital artımı olacaq”.
Ə. Cəlilov onu da əlavə edib ki, hazırda bank üçün mənfəət əldə edilməsi bir qədər çətindir.
“Çünki faktiki olaraq bankın cari vəziyyət və ümumiyyətlə iqtisadiyyatda baş verən proseslər onu göstərir ki, bu gün hər hansı bir artımdan danışmaq bir az çətindir. Sadəcə biz çalışırıq ki, cari mövcud problemləri, vaxtında verilmiş problemli aktivlərin həcmini azaldaq. Problemli kreditlərin portfeldə payı 20 faiz ətrafındadır. “AGBank”ın digər banklardan ən böyük fərqi ondan ibarətdir ki, bankın bu gün xarici öhdəliyi mövcud deyil. Çünki xarici öhdəlik xarici valyutada olduğu üçün bu, devalvasiya riski olduğuna görə, xarici öhdəliyə elə də üstünlük verməmişik. Ona görə də bankın bu gün cari heç bir xarici öhdəliyi yoxdur. Bank, əsasən əhali və korporativ bizneslə işləyir. Ona görə də cəlbetmələr daxili bazardan baş verir,” – deyə Ə. Cəlilov qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
6 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























