Azərbaycandan Yaponiyaya daşınır - 94%
Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə, 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kq arı südü əldə olunmuşdur.
Balın 1 kiloqramının orta satış qiyməti 23,7 manat, mumun orta satış qiyməti 11,5 manat, vərəmumun orta satış qiyməti 116,7 manat, güləmin orta satış qiyməti 56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olmuşdur.
2017-ci ildə 54,8 min ABŞ dolları dəyərində 6,5 ton bal 5 ölkəyə ixrac edilmişdir ki, onun da 93,8 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 9 ildə arı ailələrinin sayı 1,9 dəfə, arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-dək, bal istehsalı isə 2,2 dəfə artmışdır.
Müşahidə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılmış və satışa çıxarılmış arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi təkliflər irəli sürmüşlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)




.jpg)








