Yaxşıdan mükəmmələ gedən yol
Sizcə necə sıradan bir şirkət deyil, mükəmməl bir şirkət qurmaq olar?
www.readit.az saytına yeni əlavə olunmuş qısa məzmun məhz bu sualın cavabını verir. Mövzumuz Yaxşı liderdən mükəmməl liderə, yaxşı şirkətdən mükəmməl şirkətə çevrilməyin yolları haqqındadır.
Məqaləni hazırlayarkən Cim Kolins tərəfindən yazılmış və saytımızda qısa məzmunu yerləşdirilmiş “Yaxşıdan mükəmmələ” kitabının bəzi fraqmentlərinə əsaslanmağa qərar verdik. Qeyd edək ki, bu möhtəşəm kitab bu günə qədər azərbaycan dilinə tərcümə edilməyib.
Müəllifin fikrincə, uğurlu şirkətlərin tədqiqi nəticəsində əldə edilən ən maraqlı nəticələrdən biri yaxşı şirkəti mükəmməl şirkətə çevirmək üçün lazım olan liderlik növünün kəşf edilməsidir. O, bu məqsədlə 5-ci səviyyə liderlikdən bəhs edir və bu səviyyələri aşağıdakı kimi təsvir edir:
Səviyyə 5 lideri
Bu səviyyədə olan liderlər dözümlülüklərini təkmilləşdirmək üçün fərdi təvazökarlıq və peşə iradəsindən birlikdə istifadə edir.
Səviyyə 4 – Effektiv Lider
Bu səviyyədə olan liderlər yüksək fəaliyyət standartlarını stimullaşdırır, aydın və cəlbedici bir baxış bucağına sadiq qalmağı və effektiv cəhdləri birləşdirir.
Səviyyə 3 - Səlahiyyətli rəhbər
Səlahiyyətli rəhbər rolunda olan liderlər insanların və mənbələrin müəyyən olunmuş məqsədləri effektiv və səmərəli formada reallaşdırmasına kömək edir.
Səviyyə 2 - Töhfə verən komanda üzvü
Bu lider fərdi bacarıqları vasitəsilə qrupun hədəflərinə nail olmasına kömək edir və qrupdakı digər insanlarla səmərəli şəkildə işləyir.
Səviyyə 1 – Yaxşı uyğunlaşan fərd
Bu səviyyədəki lider öz istedad, bilik, bacarıq və yaxşı iş vərdişləri ilə şirkətin fəaliyyətinə məhsuldar töhfələr verir.
Müəllif həmçinin, qeyd edir ki, bütün yaxşıdan mükəmmələ şirkətlərinin hamısı mövcud həqiqətləri qəbul edərək inkişaf etmək üçün bir yol tapmağa başlayıblar. Hər hansı bir şirkət vəziyyəti müəyyən etmək üçün ciddi formada və səylə çalışırsa, o zaman düzgün qərarlar tez-tez özünü göstərir. Bundan başqa, yaxşıdan mükəmmələ şirkətləri orta səviyyəli müəssisələrə nisbətən texnologiya və texnoloji dəyişikliklər barədə fərqli düşünürlər. Texnologiya düzgün istifadə edildikdə inkişafın sürətləndiricisi kimi çıxış edir. Kolinsin fikrincə, mükəmməl şirkətə çevrilmək üçün yüksək texnologiyalardan çox, düzgün insanlarla işləməyə ehtiyac var. O, bu məsələnin əhəmiyyətini konkret nümunələrlə göstərir.
Müəllif kitabda eyni zamanda, müxtəlif nəzəriyyələrdən və praktiki təlimatlardan bəhs edir, sizə öz vəziyyətinizi müəyyənləşdirməkdə yol göstərir. Bundan başqa kitabda “Kirpi nəzəriyyəsi” adlı yeni nəzəriyyədən bəhs edir və praktiki istifadə yolları göstərir.
Siz də çalışın ki, öz işinizdə sıradan deyil, mükəmməl olasınız.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR















