Azərbaycanda ilk dəfə Kür çayı üzərində kanat istifadəyə verilib
Mingəçevir turizm potensialı olan şəhərlərdən biridir. Şəhərdə yeni otellər, istirahət və əyləncə mərkəzləri inşa edilir, müasir infrastruktur yaradılır. Mingəçevirə gələn yerli və xarici turistlər Kür çayı üzərində qurulan yeni bir gəzinti-əyləncə vasitəsi olan kanatdan da istifadə edə biləcəklər.
Şəhərdə fəaliyyət göstərən beşulduzlu “Ağsaray” otelinin sifarişi ilə Kür çayının kənarındakı Sahil parkında yeni kanat xətti inşa olunub. Yay aylarında Mingəçevirə çoxlu turistin cəlb edilməsi üçün tikilən və bu günlərdə istifadəyə verilən kanat xətti iki kabinədən ibarətdir. Bu yeni əyləncə vasitəsi ilə çayın sağ sahilindən sol sahilinə keçmək mümkündür. Elektro matorla hərəkət etdirilən qurğu insanlara tam təhlükəsiz xidmət göstərir.
Metal troslar üzərində hərəkət edən kabinələrin hər biri 320 kiloqram çəkiyə malikdir və eyni vaxtda onun içərisində 4 nəfər rahat əyləşərək çay üzərində 10 dəqiqəlik gəzintiyə çıxa bilir. Kanatla bir nəfərin gəzintisi 2 manata başa gəlir. Gələcəkdə kabinələrin sayının artırılması nəzərdə tutulur.
Bundan əlavə, Mingəçevirə kiçik həcmli yeni müasir motorlu gəmilər də gətirilib. Turistlər bu nəqliyyat vasitələri ilə Kür çayında təhlükəsiz gəzintiyə çıxmaq imkanı əldə ediblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























