Xırdabuynuzlu heyvanlar xəstəlikdən kütləvi ölür? - AÇIQLAMA
Bir sira kütləvi informasiya vasitələrində Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların kütləvi tələfolması barədə məlumat yayılmışdır. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) və Kürdəmir Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri Ərəbqubalı kəndində araşdırmalar aparmışlar.
Araşdırmalar aparılan zaman kənd sakini Əmrah Şirinova məxsus şəxsi təsərrüfatlarda 128 baş xırdabuynuzlu heyvan saxlanıldığı və 2 baş xirdabuynuzlu heyvanın öldüyü, 5 başının isə zəifləmiş vəziyyətdə olması müəyyən edilmişdir. Həmçinin araşdırmalar zamanı rayonun digər təsərrüfatlarında xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmamışdır.
Təsərrüfatda ölmüş xırdabuynuzlu heyvanlarda aparılan patoloji-anatomik yarma zamanı heyvanların bağırsaqlarında moniezioz qurdlarının olması müəyyən edilmişdir. Həmçinin tələf olmuş heyvanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəlklərinin törədiciləri aşkar edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı"nda pasterellyoz xəstəliyi qeyd edilmədiyindən bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri heyvan sahibinin hesabına aparılır.
Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq təsərrüfatda saxlanılan 3 aylıqdan yuxarı 98 baş sağlam xırdabuynuzlu heyvanlar pasterellyoz əleyhinə vaksini ilə peyvənd edilmiş, dehelmintizasiya aparılmış, həmçinin təsərrüfatda dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri həyata keçirilmişdir. Aparılmış peyvəndləmə və profilaktik tədbirlərdən sonra təsərrüfatda xırdabuynuzlu heyvanların ölümü dayanmışdır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hal-hazırda respublikada heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootik vəziyyət sabitdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
12 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
29 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 46 d. əvvəl
-
52 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























