Mərkəzi Bankdan “China Union” açıqlaması
Hazırda dünyada aparıcı kart təşkilatlarından biri olan “China Union” brendli kartların Banklararası Kart Mərkəzi (BKM) üzərindən emalı üzrə iş aparılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Məlumatda deyilir ki, ölkənin Milli Ödəniş Sistemi infrastrukturunun təhlükəsizliyinin və dayanıqlılığının artırılması AMB-nin qarşısında duran prioritet istiqamətlərdən biridir və bu sahədə davamlı tədbirlər həyata keçirilir:
"Ölkə qanunvericiliyi ilə yanaşı beynəlxalq təcrübədə də ödəniş kartları üzrə məlumatlar həssas hesab edildiyindən onların emalı, saxlanılması və ötürülməsi ilə məşğul olan təşkilatlara yüksək təhlükəsizlik tələbləri müəyyənləşdirilir. Bu səbəbdən Banklararası Kart Mərkəzi vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyinə və biznes proseslərin davamlılığına əminliyin yüksəldilməsi məqsədilə sistemin beynəlxalq kart təşkilatları tərəfindən müəyyənləşdirilmiş PCI DSS – “Payment Card Industry Data Security Standards” (ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə audit həyata keçirilib. Keçirilmiş audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunub.”
Bundan başqa, qurumun bəyan edib ki, Banklararası Kart Mərkəzinin (BKM) yaradılması ilə Azərbaycanda kart ödənişləri üzrə xərclər azaldılıb:
"Belə ki, keçən il bir sıra əməliyyat tipləri üzrə interçeync tarifləri aşağı salınıb. Eyni zamanda, nağdsız əməliyyatların stimullaşdırılması məqsədi ilə BKM tərəfindən xidmət mərkəzləri arasında aparılan avtorizasiya sorğularının ötürülməsi, klirinqin aparılması və hesablaşmaların başa çatdırılması üzrə banklara tam ödənişsiz xidmət olunur.
BKM-in yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mərkəzin əsas məqsədi ölkənin kart infrastrukturunun təhlükəsizliyinin və fəaliyyətinin davamlılığına əminliyin artırılmasıdır. Sistemin fəaliyyəti ilə ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət mərkəzləri arasında məlumat mübadiləsinin ölkədən kənara çıxmasının qarşısı alınıb və beynəlxalq kart təşkilatlarından asılılıq aradan qaldırılıb".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















