“Azərbaycan Sənaye Sığorta”dan 2016 hesabatı
“Azərbaycan Sənaye Sığorta” ASC 2016-cı ilin yekunlarını açıqlayıb.
İlin nəticələrinə görə, Şirkət 2016-cı ili 2 292 438 manat ümumi mənfəətlə başa vurub. Ümümilikdə 6 395 698 manat sığorta haqqı toplamış və 3 230 466 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Az sayıda olan şirkətlərdəndir ki, yığılan sığorta haqlarının 50%-dən çoxunu ödənişə sərf edir.
2016-cı il ərzində Kənd Təsərrüfatı sığortası üzrə toplanan sığorta haqqları 50%, Könüllü Tibbi Sığorta xidmətlərindən istifadə edənlərin sayı 45%, bu sahədən toplanan sığorta haqlarının məbləği isə 2 dəfə yüksəlmişdir. Həmçinin Yük sığortasında da kifayət qədər artım var.
2016-cı ildə tibbi sığorta, korporativ sığorta xidmətləri, icbari və kasko sıgorta hadisələri ilə bağlı məmnuniyyət araşdırmaları aparılmış, göstərilən xidmətin keyfiyyəti yüksəldilmişdi. Şirkət 2016-cı il fəaliyyətlərinə görə, Global Brands Magazine tərəfindən Azərbaycanın “Ən yaxşı Qeyri-Həyat Sığorta Şirkəti” və Finance Digest-in Azərbaycanın “Biznes Sığortada Mükəmməllik Brendi” mükafatlarına layiq görülüb. 2017-ci ildə də bu və buna bənzər araşdırmaların, yarışmalarda iştirakın həyata keçirilməsi davam etdiriləcəkdir.
2017-ci ildə tibbi siğortada, kənd təsərrüfatı sığortasında da ciddi nəticələrə, irəliləyişlərə nail olmağa davam etmək, “Digital Marketinq”i aktivləşdirərək hədəf kütləni maksimum şəkildə tanınmaq, seqmentasiya aparmaq və bir çox marketinq fəaliyyətini həyata keçirmək Şirkətin əsas hədəflərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
23 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
36 d. əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
57 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Ən çox oxunanlar
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























