Azərbaycan Çindən turist cəlb etmək üçün saziş imzaladı
Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycanın və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Bürodan verilən xəbərə görə, sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub.
Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə onların vətəndaşlarını daha çox Naftalan cəlb edəcək.
Tur paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar.
Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.
Qeyd edək ki, əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.
Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu vurğulayırlar. Ötən ildən Azərbaycanın turizm potensialı daha intensiv təbliğ edilir. Azərbaycana sosial media jurnalistləri, blogerlər, turagentlər dəvət edilir, Çinli partnyorlara geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib.
2017-ci ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10 258 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























