Azərbaycan otelləri beynəlxalq sertifikata layiq görüldü
Azərbaycanın dünyada məşhur turizm mərkəzlərindən olan Naftalanın “Çinar” və “Qaşaltı” otel, kurort-sanatoriya və istirahət mərkəzləri Tibbi SPA və sağlamlıq üzrə beynəlxalq keyfiyyət sistemi (The international Quality System for Medical Spa and Wellness) olan Avropanın “EuropeSPA” təşkilatının beynəlxalq sertifikatına layiq görülüb.
Bu layihə dövlətimizin başçısının imzaladığı Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin müvafiq bəndinin icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin qeyd olunan təşkilata müraciəti əsasında reallaşıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hər iki sağlamlıq mərkəzinə müalicə məqsədilə istifadə edilən yod-brom tərkibli duzlu suya aid verilən beynəlxalq sertifikat həmin otellərdəki xidmətin Avropa standartlarına uyğun qurulduğunu rəsmi olaraq təsdiqləyir.
Sağlamlıq mərkəzlərinə təqdim edilmiş sertifikat 2020-ci il dekabrın 11-nə kimi etibarlıdır. Hər iki oteldə növbəti audit 2019-cu il iyunun 11-də aparılacaq.
Bu otellərin ötən il dünya üzrə bütün coğrafiyalardan xarici turist qəbul etdiyini deyən Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Ülfət Əliyev bildirib ki, sağlamlıq mərkəzlərində aparılan müalicənin beynəlxalq sertifikatla təsdiq edilməsi xarici turistlərin həmin mərkəzlərə müraciətlərini daha da artıracaq.
Ülfət Əliyev, həmçinin qeyd edib ki, şəhərdə fəaliyyət göstərən beşulduzlu otellər tərəfindən Naftalan nefti ilə müalicənin effektivliyi ilə bağlı beynəlxalq sertifikat almaq üçün müraciət edilib və müəyyən prosedurlar həyata keçirilib. Yaxın vaxtlarda aparılmış auditin nəticəsini əks etdirən sertifikat təqdim olunacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























