Dünya Bankının sərmayəsi 13 milyard dollar artırıldı
Dünya Bankı Qrupunun üzvləri, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyasına (İFC) cəmi 13 milyard dollarlıq kapital verilməsini təsdiq edib.
"Marja"nın məlumatına görə, Qurumdan bildiriblər ki, "Beynəlxalq Valyuta Fondu - Dünya Bankı" Bahar Toplantıları çərçivəsində toplaşan İnkişaf Komitəsi mühüm qərarlara imza atıb.
Dünya Bankının yoxsulluqla mübarizəsini gücləndirəcək yeni qərarlar arasında IBRD-yə 7,5 milyard dollar və IFC-yə 5,5 milyard dollar olmaqla cəmi 13 milyard dollar ödənilmiş kapital paketinin təsdiq olunması da yer alır.
Bu kapital artırımı ilə, Dünya Bankı Qrupu altında fəaliyyət göstərən təşkilatların ümumi maliyyə gücünün 2019 və 2020 maliyyə illərində illik 100 milyard dollara çatmasının gözlənildiyi qeyd edilib.
Dünya Bankı Qrupunun başçısı Jim Yong Kim, mövzu ilə bağlı açıqlamasında, "Səhmdarlarımız bu gün təsdiq edilən tarixi müqavilə ilə qlobal biznes ittifaqına inamlarını ortaya qoydular və üzv ölkələrimizdən gələn güclü dəstəyə görə minnətdarıq", - ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























