5 sığorta şirkətinin öhdəlikləri 30 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə öhdəliklərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 30 milyon manatdan çoxdur.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (150,436 milyon manat), "PAŞA Sığorta" (86,883 milyon manat), "Atəşgah Həyat Sığorta" (40,463 milyon manat), "Azsığorta" (31,126 milyon manat) və "Atəşgah Sığorta" (30,003 milyon manat) ASC-lərdir.
Adları çəkilən 5 şirkətin məcmu öhdəlikləri 338,911 milyon manat təşkil edir ki, bu da bazarın 72,4%-i deməkdir. Qalan 15 sığorta şirkətindən 5-nin öhdəlikləri 10-20 milyon manat arasında, 9-nun öhdəlikləri 1-10 milyon manat arasında, 1-nin - "Amrah Sığorta" ASC-nin öhdəlikləri isə 768 min manatdır.
20 şirkətdən 6-sı ötən il öhdəliklərini artırıb. Ən yüksək müsbət dinamika "Günay Sığorta" ASC-də (3 dəfə), ən aşağı müsbət dinamika isə "Atəşgah Sığorta" ASC-də (6,3%) qeydə alınıb. Qalan 14 sığorta şirkətinin isə öhdəlikləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (42,5%), ən aşağı mənfi dinamika isə "A-Qrup Sığorta" ASC-də (6,2%) baş verib.
***
Ötən ilin sonuna 20 sığorta şirkətindən 4-də uzunmüddətli öhdəliklər 30 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (145,227 milyon manat), "PAŞA Sığorta" (73,242 milyon manat), "Atəşgah Həyat Sığorta" (38,393 milyon manat) və "Azsığorta" (30,882 milyon manat) ASC-lərdir.
Adları çəkilən 5 şirkətin məcmu uzunmüddətli öhdəlikləri 287,744 milyon manat təşkil edir ki, bu da bazarın 65,6%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 6-nın uzunmüddətli öhdəlikləri 10-30 milyon manat arasında, 9-nun uzunmüddətli öhdəlikləri isə 1-10 milyon manat arasında, 1-nin - "Amrah Sığorta"nın uzunmüddətli öhdəlikləri isə 757 min manatdır.
20 şirkətdən 6-sı 2017-ci ildə uzunmüddətli öhdəliklərini artırıb. Ən yüksək müsbət dinamika "Qala Sığorta" ASC-də (3,9 dəfə), ən aşağı müsbət dinamika isə "Atəşgah Sığorta" ASC-də (6,15%) qeydə alınıb. Qalan 14 sığorta şirkətinin isə uzunmüddətli öhdəlikləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (43,9%), ən aşağı mənfi dinamika isə "A-Qrup Sığorta" ASC-də (6,3%) baş verib.
***
Bu ilin əvvəlinə 20 sığorta şirkətindən 7-də qısamüddətli öhdəlikləri 1 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Sığorta" (13,642 milyon manat), "PAŞA Həyat Sığorta" (5,209 milyon manat), "Atəşgah Həyat Sığorta" (2,07 milyon manat), "Standard Insurance" (1,626 milyon manat), "Atəşgah Sığorta" (1,479 milyon manat), "Qala Sığorta" (1,196 milyon manat) və "Qala Həyat Sığorta" (1,066 milyon manat) ASC-lədir.
Adları çəkilən 7 şirkətin məcmu qısamüddətli öhdəlikləri 26,288 milyon manat təşkil edir ki, bu da bazarın 88,2%-i deməkdir. Qalan 13 sığorta şirkətindən 7-nin qısamüddətli öhdəlikləri 100 min manatdan 1 milyon manata qədər, 5-nin qısamüddətli öhdəlikləri 10 min manatdan 100 min manata qədər, 1-nin - "Atasığorta" ASC-nin qısamüddətli öhdəlikləri isə cəmi 2 min manatdır.
20 şirkətdən 13-ü ötən il qısamüddətli öhdəliklərini artırıb. Ən yüksək müsbət dinamika "PAŞA Sığorta" ASC-də (15,4 dəfə), ən aşağı müsbət dinamika isə "Bakı Sığorta" ASC-də (1,45%) qeydə alınıb. Qalan 7 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri azalıb. Ən yüksək mənfi dinamika "Atasığorta" ASC-də (99,6% az), ən aşağı mənfi dinamika isə "Qala Sığorta" ASC-də (15,6%) baş verib.
"Naxçıvan Sığorta" ASC öhdəliklərinin məbləği barədə məlumat verməyib.
© "Renkinq"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
22 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























