"İstehsal olunur, qısa zamanda satılır, sonra ölkə idxaldan asılı qalır"
Dövlətin kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı yaratdığı şərait kifayət qədər yetərlidir. Lakin burada həyata keçiriləcək olan vacib məqamlar vardır. Bu məqsədlə hesab edirik ki, aşağıdakı müddəalar nəzərə alınmalıdır:
-Kənd təsərrüfatının bütün sahələrində intensiv istehsalın qurulması üçün dünya təcrübəsinin əsas xarakterik xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusi ilə ilk növbədə heyvandarlıq sahəsində. Bu torpaq resurslarından rasional istifadəyə imkan yaradacaqdır;
-Rayonlaşmanın aparılması – bunu tamamlayacaq torpaq, insan və texniki resursların hesablanması;
-Hansı sahənin inkişaf etdirlməsi və bu sahənin emal sənayesi ilə uzlaşdırılması üzrə təhlil və planlaşdırma, yəni istehsalın xammal bazası, resurslar, maya dəyəri üzrə təhlil, daxili tələbat, ixrac potensialı arasındakı əlaqə xəttini qurmaq;
-Təsərrüfatçılıq formasından asılı olmayaraq kənd təsərrüfatında mühasibat uçotunun tətbiqi. Bu gün əksər fermer təsərrüfatlarında bu sahənin geri qalması, istehsalın səmərəsiz təşkilinə gətirib çıxarmışdır.
-Mövcud emal müəssisələlərinin istehsal gücü və xammal təminatının qarşılaşdırılmasının aparılması;
-İdxal məhsullarının əvəz edilməsi üçün kənd təsərrüfatında məşğul olan sahibkarlıq subyektlərinə və investorlara istiqamət və planların hazırlanması (yeri gəlmişkən qeyd edək ki, bu ilin I rübündə keçən ilin anoloji dövrü ilə müqayisədə 39 mln. ABŞ dolları civarında daha çox ərzaq məhsulları idxal edilmişdir). İnamla deyə bilərik ki düzgün elmi qaydada yanaşma aparılarsa çox qısa zamanda bir qrup kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üzrə daxili bazarı tam təmin edib idxaldan asılılığı dayandırmaq olar;
-İstehsal – daxili bazarın tələbatı – mövsümilik arasında əlaqənin formalaşdırılması. Bu gün, məsələn, kartof istehsal olunur və qısa zaman kəsiyində satılır və ya ixrac olunur. İlin müəyyən dövründə ölkə idxaldan asılı qalır və beləliklə təxminən aşağı-yuxarı 30 mln. dollar kartof idxalına ölkədən pul çıxır. Bu təkcə bir məhsul üzrədir. Belə hallar onlarladır.
-Məhsul bolluğu üçün ev təsərrüfatlarının inkişafı məqsədilə tam fərqli modellər, metodikalar ortaya qoyulmalıdır, paralel olaraq iri intensiv təsərrüfatların yaradılması işi planlı şəkildə aparılmalıdır.
Bu vəziyyət ildə iki dəfə məhsul götürməyə, yəni məhsuldarlığın yüksəldilməsinə, maya dəyərinin aşağı salınmasına, məhsulların rəqabət qabiliyyətinin artırılmasına, əmək və digər resursların məşğulluğunun yüksəlməsinə gətirib çıxaracaqdır;
-Kənd təsərrüfatı məhsullarının daha dərin emalına nail olunması, bu sahəni gəlirli və daha cəlbedici edəcəkdir.
Bu cür tədbirlər çoxsaylıdır, çünki kənd təsərrüfatı çoxşaxəli olmaqla yanaşı peşəkar yanaşma tələb edir. Dövlət bir müddət bu sahəni tam tənzimləməlidir. Əks təqdirdə bu sahəyə qoyulmuş investisiya, edilən hər cür yardım və güzəştlərin səmərəsi az olacaqdır.
Nəticə olaraq sadəcə biz hesablamalıyıq ki, nə qədər torpağı, neçə baş inəyi, qoyunu və ya neçə min baş quşu olan təsərrüfat rəqabət qabiliyyətli və gəlirli ola bilər. Hansı təsərrüfatlar zərər çəkir və hansı səbəblərdən, həm də onları bu vəziyyətdən necə çıxarmaq olar, hətta lazım gələrsə yeni təsərrüfatçılıq formasına keçilməlidir.
-Şəhərətrafı zonalar seçməliyik, burada bostançılıq, bağçılıq və s. istehsal qurşaqları yaratmalıyıq;
Elə bir kənd təsərrüfatı istehsalı qurmalıyıq ki, o uzunmüddətli, davamlı, intensiv, məhsuldar, keyfiyyət amilinə söykənən olsun;
-Bu sahənin güclü inkişaf etdirliməsi üçün sahəvi mütəxəssislərin qısa müddətə yetişdirilməsi məqsədilə ən real dünya təcrübəsindən istifadə olunmalı, təhsil üçün xüsusi baza yaradılmalıdır;
-Azərbaycan Sənaye Korporasiyasının imkanlarından kənd təsərrüfatının inkişafına yönəltməliyik;
-Dünyada mövcud inkişaf Agentliklərinin yardımlarını kənd təsərrüfatına yönəltməliyik.
Müəllif: Xaliq Məmmədov,
İqtisad üzrə fəlsəfə doktoru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
17 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
17 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
18 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
18 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























