Bakı gömrük və biznes liderlərini bir araya gətirəcək
Bu il mayın 2-4 tarixlərində Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçiriləcək.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yadığı məlumata görə, bu tədbiri adı çəkilən beynəlxalq assosiasiya və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi birgə təşkil edir. Konfransda 25 ölkədən 150 nümayəndənin iştirakı gözlənilir.
Toplantının açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet iştirak edəcək.
Məruzəçilər sırasında Səlahiyyətli İqtisadi Operator (SİO) proqramının dünya üzrə lideri Lars Karlsson da olacaq. Tədbirə gömrük orqanları, logistika və nəqliyyat şirkətlərinin nümayəndələri qatılacaq.
SİO konsepsiyası Ümumdünya Gömrük Təşkilatı tərəfindən təqdim edilən gömrük-biznes əməkdaşlığına əsaslanır. SİO meyarlarına könüllü şəkildə riayət edən ticarətçilər təchizat zəncirinin təhlükəsizliyi üzrə ümumi məqsədə nail olmaq üçün gömrük orqanları ilə əməkdaşlıq edirlər. Gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində təcrübəyə malik və iqtisadi fəaliyyət üzrə heç bir hüquqpozmaya yol verməyən, müvafiq təhlükəsizlik və mühafizə tədbirlərini təmin edən, məlumatların qeydiyyatı üzrə qənaətbəxş sistemə və maliyyə imkanlarına malik şirkətlərə gömrük xidməti tərəfindən SİO sertifikatları verilir.
Səlahiyyətli İqtisadi Operatorlar gömrük prosedurları ilə bağlı imtiyazlardan yararlanmaq hüququ əldə edirlər. Beynəlxalq təchizat zənciri təhlükəsizliyinin gücləndirilməsi və qanuni ticarətin asanlaşdırılması məqsədi daşıyan SİO proqramı təchizat zəncirinin bütün iştirakçıları üçün açıqdır.
Bu gün Azərbaycan beynəlxalq ticarətdə strateji nəqliyyat və logistika mərkəzidir. Beynəlxalq ticarətdə baş verən yeniliklər gömrük qarşısında yeni tələblər deməkdir. Bakıda keçiriləcək SİO Beynəlxalq Konfransı gömrük-biznes əməkdaşlığında maraqlı olan şirkətlər üçün nəzərdə tutulur. Konfransda təhlükəsiz biznes mühitinin başlıca elementləri, SİO proqramı üzrə dövlət və özəl sektor təcrübəsi, blok zənciri, gömrük və logistika əməliyyatları kimi təchizat zəncirinin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Konfransın proqramına yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına tanışlıq səfəri də daxildir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
38 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























