"Bu faiz sahibkarların özəlləşdirmədə iştirakını məhdudlaşdırır"
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) hərraclar elan edir, bu hərraclarda dövlət əmlakını özəlləşdirmək təklif olunur. Lakin investorlardan birinin hərracın şərtlərinə etirazı var.
Hərrcda iştirak etmiş Fuad Suleymanov “Marja”ya yazıb ki, beh məbləğindən tutulan faiz sahibkarların hərracda iştirakını məhdudlaşdıran ciddi amildir:
-Mən Süleymanov Fuad Hüseyn oğlu 17.01.2017 tarixində keçirilən hərracda iştirak etmişəm. Rəqabət şəraitində keçən hərracda məğlub olmuşam. Ərizə ilə müraciətimə əsasən beh məbləği Bank Respublika-dakı cari hesabıma 30.01.2017 tarixində geri qaytarılmışdır. Lakin hərracda iştirak üçün ödədiyim məbləğ 1800 manat olmasına baxmayaraq hesabıma 1782 manat məbləğ qaytarılmışdır. Beh məbləğindən tutulan 1% məbləğin nə olduğunu araşdırmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xəttinə (193) müraciət etdim. Məlumat verdilər ki, beh məbləği 1000 manatdan çox olduqda 1%, 10 000 manatdan çox olduqda isə 3% Mərkəzi Bank tərəfindən tutulma olur. Nəzərə alsaq ki, hərraclarda 500 000 manat və yuxarı məbləğdə obyektlər olur. 500 000 manatlıq obyekti almaq üçün hərracda iştirak edib qalib gəlməyən sahibkar 1% tutulma ilə 500 manat, 3% tutulma ilə hesablandıqda isə 1500 manat itirmiş olur. Bu mövcud vəziyyət sahibkarların hərracda iştirakını məhdudlaşdıran ciddi amildir. ƏMDK rəhbərliyi olaraq bu mövcud neqativ halın həllini tapmasında səylərini əsirgəməməyi xahiş edirəm. Qeyd edim ki, hərraclarda daha çox sahibkarların iştirak etməsi dövət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olur. Belə ki, 17 Yanvar 2017-ci il tarixində keçirilən hərracda mənim iştirak etdiyim qeyri-yaşayış sahəsinin hərracı rəqabət şəraitində keçmişdir və start qiyməti 18000 manat olan obyekt 24200 manata satılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
5 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























