İran: ABŞ peşman olacaq
İran Prezidenti Həsən Ruhani, ABŞ-ın nüvə müqaviləsindən çıxması vəziyyətində peşman olacağını bildirib.
Sebzivar şəhərində xalqa xitab edən Ruhani, nüvə müqaviləsi çərçivəsində balistik raketlərin müzakirə mövzusu edilməyəcəyini, raket və silah istehsal edib saxlamağa davam edəcəklərini ifadə edib.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Ruhani, "Biz müdafiə silahları ilə bağlı heç kəslə müzakirə etməyəcəyik. Ehtiyacımız qədər raket və silah alb və istehsal edib saxlamağa davam edəcəyik",- deyib.
ABŞ-ın İranla bağlı 40 ildir ki, səhv qərarlar verdiyini, nüvə müqaviləsindən çıxmasının tarixi bir səhv olacağını irəli sürən Ruhani,"ABŞ nüvə müqavilədən çıxarsa peşman olacaqdır", -iİfadələrini istifadə edib.
Dünya ilə dialoq qurmaq istəklərini xatırladan Ruhani, ABŞ Prezidenti Donald Trampın şənbə günü nüvə müqaviləsindən çıxmaq və ya qalmaq qərarına əsasən planlarının hazır olduğunu qeyd edib.
ABŞ Prezidenti Tramp tez-tez İranla bağlanmış nüvə müqaviləsindən çıxmaq istədiyini dilə gətirir.
Trampın, İran ilə 5+1 ölkələri (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) arasında imzalanmış nüvə sazişi ilə bağlı son qərarını 12 Mayda açıqlaması gözlənilir. Trampın, nüvə müqavilsinə İranın raket fəaliyyətlərini dayandırması və bölgədən hərbi qüvvələrini geri çəkməsilə bağlı maddələrin əlavə olunmasını istədiyi bildirilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
İran, kimyəvi, nüvə və bioloji başlıq taşıya bilmək qabiliyyətinə malik balistik raketləri ilə Avropanın bir çox nöqtəsini, Yaxın Şərq daxil Asiya və Afrikanın böyük hissəsini vura bilir. İranın bu gücü, başda İsrail olmaqla bölgə ölkələri tərəfindən təhdid hesab edilir. İran rəhbərliyi təxminən 30 ildən bu yana Rusiya və Şimali Koreyadan aldığı 300 ilə 3 min kilometr arasında dəyişən Şahab, Siccil, Kadr, Qiyam, Aşura və Hurremşehr kimi balistik raketlərə sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















