Xam neft ehtiyatları azaldı, neft 78 dollara yaxınlaşdı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,2 milyon barrel (0,5 faiz) azalaraq 433,8 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 200 min barrel azalma göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,2 milyon barrel artmışdı.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə 700 min barel (0,1 faiz) azalalaraq 663,6 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 2,2 milyon barel (0,9 faiz) azalaraq 235,8 milyon barelə düşüb.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 400 min barrel azalma göstərməsi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,2 milyon barel artım göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,23 milyon barrel azalaraq 7,32 milyon barrelə düşərkən, xam neft ixracı da gündəlik orta hesabla 271 min barrel azalma ilə 1,88 milyon barrelə enib.
Xam neft hasilatı son 17 həftədə 16 dəfə yüksəlib
ABŞ-ın xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 84 min barel artımla 10,7 milyon barelə çatıb.
Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 17 həftədə 16 dəfə artım göstərmişdir.
EIA-nın May 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir.
Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyması gözlənilir.
Neft qiymətləri artmışdır
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətləri artmışdır. Bakı vaxtı ilə saa 07:30-a olan məlumata görə, Brent növü neftin barrel qiyməti 77,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin barrel qiyməti də 71,70 dollara qədər yüksəlib.
Qeyd edək ki, ötən gün neftin bahalaşmasına ABŞ Prezidenti Donald Trampın qərarı ilə ölkəsinin İran ilə 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxması və İrana sərt sanksiyaların tətbiq ediləcəyinin açıqlanması səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























