Küçə südü ilə mübarizə başlayacaq
Azərbaycanda fermerlərdən çiy südün alış qiymətinin aşağı olmasının səbəblərindən biri də əhalinin küçədə ucuz satılan süd və süd məhsullarına üstünlük verməsidir. "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyi (ASEB) əhalinin vərdişlərini dəyişdirməyi hədəfləyir.
“Marja” xəbər verir ki, Azərbaycanda küçədə açıq satılan süd və süd məhsulları ilə mübarizəyə başlanacaq.
Birliyin sədri Samir Eyyubov bildirib ki, sənayeləşmiş südün istehlakının atırılması üçün tədbirlər həyata keçirilməsi planlaşdıırlır:
“Yol kənarlarında, balaca marketlərdə, meyvə-tərəvəz dükanlarında adsız süd və süd məhsulları satılır. Heç bir nəzarətə daxil deyillər. Etiraf etməliyik ki, bu məhsulların qiymətləri qablaşdırılmış sənaye südündən və süd məhsullarından ən azı 2 dəfə aşağıdır. Südün litiri 80 qəpik- 1 manat civarında təklif olunur. Bu məhsulların tərkibi də şübhəlidir. Biz Qida Təhlükəsizliyi Agentliyi ilə danışıb küçə südünə qarşı mübarizə aparacağıq”.
Samir Eyyubov qeyd edib ki, ən böyük iş istehakçılar ilə aparılmalıdır.
Əhali arasında fema və pasterizə süd anlayışlarını təbliğ edəcəyik. Açıq südə inamın yüksək olması həm süd istehsalçıları, həm də emalçılar üçün ciddi problemdir. Açıq südə etibar var. Əhali bu südü qaynadıb içdikdə heç bir problem görmür. Bu da ciddi problemdir.
Digər tərəfdən qablaşdırılmış südün də qiyməti çox yüksəkdir. Biz başa düşürük ki, qablaşdırılmış südün satış qiyməti artıb. Bir il əvvəl 1,10-1,20 manata satılan qablaşdırılmış süd bu gün 1,70-2.00 manatadək qalxıb. Bunun da bir sıra səbəbləri var. Biz dövlət qrumları ilə, son məhsulun satış qiymətinin aşağı salınmasını müzakirə edirik”.
Samir Eyyubov, “Ferma südü yetərincə təbliğ olunmur. Əhali tam maarifsizdir” deyərək sözlərinə belə davam edib.
“Bu gördüyümüz ən ciddi problemlərdən biridir. Biz təklif edirik ferma südü anlayışı və loqotipi formalaşdıraq, əhali arasında fasiləsiz təbliğ edək. Əhali ferma südünün üstünlüyünü başa düşdükdən sonra küçə südündən imtina edəcəkdir və öz maliyyəsini ferma südünün alışna yönəldəcəkdir”.
Samir Eyyubov vurğuladı ki, emalçılar ferma südü loqotipindən istifadə etmək üçün müəyyən olunacaq tələblərə cavab verməli olacaqlar.
Samir Eyyubov əlavə ki, əhali arasında formalaşmış yanlış fikirlər aşağıdakılardır:
- sterilizə edilmiş süddə heç bir qida dəyəri yoxdur,
-qutuda olan südlər uzun müddət xarab olmur, çünki tərkibində qatqı maddəsi var,
-küçədə satılan südlər orqanikdir,
-Belarus, Türkiyə, Rusiya və Ukrayna südləri daha keyfiyyətlidir. Qabda süd alıramsa xarici süd alım,
-Marketdən alınan süd qaynadılmalıdır.
Qeyd edək ii, bu gün "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin(ASEB) təşkilatçılığı ilə fermerlərin və süd emalçılarının birgə konfransı keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat sonra
- 25 d. sonra
- 35 d. əvvəl
-
-
45 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
1 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
1 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib























