“Aqropark” 70 hektarlıq meyvə bağı salıb
Tərtər rayonunun aqrar sektorunda bu il daha bir uğura imza atılmışdır.
"Marja" xəbər verir ki, yeni təsis olunan “Aqropark” MMC tərəfindən rayonun Xoruzlu kəndi ərazisində müasir texnologiya əsasında 70 hektarlıq meyvə bağı salınmışdır. Meyvə ağaclarının böyük əksəriyyəti Türkiyədən və İtaliyadan gətirilmişdir. Ağacların gələn il nübar məhsul verəcəyi gözlənilir. Bağın 30 nəfər daimi işçisi var. Mövsümi işlərə cəlb edilənlərin sayı daha çoxdur. Elə gün olur ki, 100 nəfər günəmuzd işə cəlb edilir.
İnnovativ tələblər əsasında salınmış bağ damla üsulu ilə suvarılır. 40 min kubmetr tutumunda su anbarının yaradılması isti yay aylarında su qıtlığı problemini aradan qaldırır.
Aqroparkın kollektivi bu ilin məhsulu üçün 700 hektarda günəbaxan, 15 hektarda pambıq, 300 hektarda taxıl, 35 hektarda sarımsaq əkmişdir. Yeni salınmış meyvə bağındakı səliqə-sahman göz oxşayır.
Bağın kənarlarında əkilmiş 11 min Eldar şamı ecazkar mənzərə yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























