"Maaşlardan tutulan vergilər əhəmiyyətli dərəcədə azaldılacaq"
"Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergitutmaya cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahatın mahiyyəti vahid əmək haqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur".
"Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır".
Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
VAHİD VERGİ TƏTBİQ EDİLƏCƏK
"Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir", - deyə o, qeyd edib.
M.Cabbarov, "İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir",- vurğulayıb.
Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub:
"Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir".
Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report, APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























