ABŞ-dan İrana yeni sanksiyalar
ABŞ Xəzinə Nazirliyi, İranın balistik raket proqramına töhfə verdikləri səbəbilə 13 şəxs və 12 şirkətə yeni sanksiya tətbiq edib.
"Marja" xəbr verir ki, Xəzinə Nazirliyindən edilən yazılı açıqlamada "İranın balistik raket proqramı ilə İran İnqilab Mühafizəçiləri Ordusuna" dəstək verdikləri səbəbilə yeni sanksiya tətbiq edilən şəxs və şirkətlərlə bağlı məlumatlar verilib.
Aralarında İran, Livan və Çin vətəndaşlarının olduğu 13 nəfər və 12 şirkətə tətbiq edilən yeni sanksiyalar, əvvəlki gün İranın balistik raket sınağı ilə bağlı "ABŞ bu gün İranı rəsmən xəbərdarlıq edir" açıqlaması edən Milli Təhlükəsizlik müşaviri Maykl Flynn-ın sözlərindən dərhal sonra tətbiq edilib.
Sanksiya tətbiq eilən şəxslərin adları Yahya El Hac, Abdullah Aşgarzade, Tenny Darian, Hasan Deghan İbrahimi, Muhammed Abdul-emir Ferhat, Muhammed Magham, Kambiz Rostamian, Ali Şerifi, Qin Xianhua, Richard Yue, Mustafa Zahidi, Ghodrat Zargari və Carol Zhou olaraq açıqlanıb.
Həmçinin Cosailing Cosailing Business Trading, East Star, Ervin Danesh Aryan, Maher Trading and Construction, Mirage for Engineering and Trading, Mirage for Waste Management ve Environmental Services, MKS International, Ningbo New Century Ofog Sabze Darya, Reem Pharmaceutical, Royal Pearl General, ve Zist Tajhiz Pooyesh adlı şirkətlər də sanksiya tətbiq edilib.
Kampaniyası dövründə də İranla nüvə sazişini tez-tez tənqid edən Trump, 20 Yanvarda vəzifəyə başladıqdan sonra çıxışlarında İranı bir neçə dəfə "xəbərdarlıq etmiş", son olaraq Tehrana qarşı hərbi seçim də daxil bütün variantların masada olduğunu dilə gətirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
-
24 d. əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
3 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
4 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb





















