“Veysəloğlu Qrup” intellektual yarışı keçirib
Veysəloğlu Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Turnirdə 10 ali təhsil müəssisəsində 20 komanda olmaqla, ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” İntellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub. Adıçəkilən komanda bütün suallara rəqiblərindən daha çox cavab verməyi bacarıb və turnirin ən güclüsü seçiliblər. Müvafiq olaraq 2-ci və 3-cü yerlərə isə Azərbaycan Dillər Universitetini təmsil edən “Fenomen” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetiniin “Fətəlity” komandaları layiq görülüb.
Qeyd edək ki, 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin Teas Press nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub. Bundan başqa turnirin çempionu “Promotey” komandası 2500 AZN, ikinci yerin sahibi “Fenomen” 1500 AZN, üçüncü yerə layiq görülən “Fətəlity” isə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən 1000 AZN pul mükafatı qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
32 d. əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Rəsmi məzənnələr açıqlandı
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
Ən çox oxunanlar
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub


























