Avropadan gətirilib - iyulda deyil, avqustda yetişir
Qubada yeni salınan ərik bağlarında Avropa ölkələrindən gətirilən yeni sortların əkilməsinə üstünlük verilir.
Yeni salınan bağlarda əriyin “Milord”, “Serpa”, “Viva” və başqa sortları becərilir. Bu növ əriklər iki ildən sonra bol məhsul verməyə başlayır. Yeni ərik növləri iyulda deyil, avqust ayında yetişir.
Təsərrüfatçı Rəşad Nəcəfi bildirir ki, uzun illər bağlarında ənənəvi ərik sortları becərsələr də, məhsuldarlıq aşağı olurdu.
“Çünki dədə-baba sort ərik ağacları yaz aylarında tez-tez rast gəlinən qeyri-sabit hava şəraitinə uyğunlaşa bilmir. Ağacların çiçəkləmə dövründə havalar soyusa və ya duman olsa, bütün meyvə məhv olur. Həmin il ağaclarda məhsul yetişmir. Son illər isə bu, adi hala çevrilmişdi. Ona görə də çox təsərrüfatçı ərik bağlarını şaftalı, alma, fındıq və digər meyvələrlə əvəzlədi. Biz isə problemdən çıxış yolu kimi Avropadan gətirilən yeni ərik növlərinə üstünlük verdik. Bu ağaclar yerli şəraitə tez uyğunlaşır”, - deyə R.Nəcəfi qeyd edib.
Şimal regionunda 269 hektar ərik bağı var. Bunun 160 hektarı Qubanın payına düşür.
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov bildirir ki, ənənəvi ərik sortları olan “Qırmızıyanaq”, “Şalax”, “Parnas” və “Badamı” ləziz dadı ilə fərqlənsə də, qeyri-sabit hava şəraitinə davamlı deyil. Buna görə də yeni salınan intensiv bağlarda əriyin Avropadan gətirilən yeni sortları əkilib. İlkin müşahidələr göstərir ki, yeni əkilən tinglər yerli iqlimə tam uyğundur. Bu səbəbdən də son bir neçə ildə bağbanlar bu ərik sortlarına maraq göstərirlər.
Mədət Qurbanovun sözlərinə görə, şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığı yüksək olacaq. Xüsusilə ərik və şaftalı bağlarında bol meyvə gözlənilir.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























