Əmanətin faiz gəliri qabaqcadan ödəniləcək - YENİ MƏHSUL
TuranBank öz əmanət məhsullarının çeşidini genişləndirərək müştərilərə yeni Fürsət əmanəti məhsulunu təklif etməyə başlayıb.
Bankın yaydığı məlumata görə, fürsət əmanətinin digər əmanət məhsullarından əsas fərqi Banka yatırılmış əmanət məbləğinə hesablanan faiz gəlirini qabaqcadan, elə əmanət yatırılan gün almaq imkanıdır. Əmanəti Manat, ABŞ dolları və Avroda yatırmaq mümkündür.
Fürsət əmanəti haqqında ətraflı məlumatı Bankın rəsmi saytından (https://turanbank.az/ferdi-bankchiliq/man-tl-r/furset/) və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Məlumat üçün bildirək ki, Fürsət əmanəti sahibləri TuranBankın 25 iyun tarixinədək davam edəcək möhtəşəm “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyasının iştirakçısı ola biləcəklər. Belə ki, kampaniya müddəti ərzində Bankda ən azı bir il müddətinə minimum 1000 manat və ya ABŞ dolları məbləğində əmanət yatıran müştərilər Hyundai Grandeur avtomobili ilə yanaşı, Türkiyə və ölkəmizin səfalı guşələrinə 2 nəfərlik səyahət paketi, qızıl külçə, televizor, noutbuk, planşet, mobil telefon, hədiyyə kartları və sair çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, kampaniya müddəti ərzində Bankda yatırılan əmanətlərin hər 1000 manat və ya ABŞ dolları məbləği müqabilində əmanət sahibinə 1 (bir) lotereya bileti verilir.
“Hədiyyə Mövsümü!” kampaniyası haqqında ətraflı məlumatı Bankın rəsmi saytından (https://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/cashback/), facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Bankın geniş çeşidli əmanət növlərinin cəmləndiyi “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 3 aydan 3 il müddətinədək açılan əmanətləri manat, ABŞ dolları və avroda yerləşdirmək mümkündür.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)





