Bank sektoru "əriməkdə" davam edir
Aprel ayında Azərbaycanın bank sektoru kiçilib.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, Aprel ayında bankların aktivləri mart ayının sonu ilə müqayisədə 256 milyon manat azalaraq 27 milyard 651,4 milyon manata düşüb. Martın sonunda bankların aktivləri 27 milyard 907,4 milyon manat təşkil etmişdi.
Aprel ayında bankların aktivlərinin azalmasının əsas səbəbləri nağd vəsaitlərin, Mərkəzi Bankda müxbir hesablardakı vəsaitlərin və banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərin azalması olmuşdur.
2018-ci ilin Fevral ayının sonunda bank sektorunun cəmi aktivləri 28 milyard 498,8 milyon manat təşkil etmişdi. Mart-Aprel aylarında bankların aktivləri 847,4 milyon manat "əriyib".
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Daha ətraflı cədvəldə, (mln manatla)
Aktivlər | 31.03.2018 | 30.04.2018 |
1. Nağd vəsaitlər | 1,307.3 | 1,194.3 |
2. Mərkəzi Bankda müxbir hesablar* | 2,947.7 | 2,436.4 |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 1,389.2 | 1,363.7 |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 7,756.6 | 7,300.0 |
5. Qiymətli kağızlar | 2,301.6 | 2,845.7 |
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 227.1 | 234.0 |
6.1 xalis kreditlər | 176.1 | 181.6 |
7. Müştərilərə verilən kreditlər | 11,249.6 | 11,422.6 |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,654.0 | 1,661.8 |
7.2 Xalis kreditlər | 9,595.5 | 9,760.8 |
8. Əsas vəsaitlər | 855.0 | 863.5 |
9. Qeyri-maddi aktivlər | 127.5 | 131.5 |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1,450.9 | 1,573.9 |
11. Cəmi aktivlər | 27,907.4 | 27,651.4 |
|
| |
Öhdəliklər | 31.03.2018 | 30.04.2018 |
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) | 16,717.1 | 16,958.1 |
1.1 Fiziki şəxslərin depoziti | 7,580.0 | 7,813.5 |
1.1.1 müddətli | 5,329.5 | 5,407.6 |
1.1.2 tələbli | 2,250.6 | 2,405.9 |
1.2 Hüquqi şəxslərin depoziti** | 9,137.0 | 9,144.6 |
1.2.1 müddətli | 1,796.7 | 1,762.9 |
1.2.2 tələbli***, o cümlədən | 7,340.3 | 7,381.7 |
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri | 77.2 | 67.9 |
2. Mərkəzi Bankın banklara qarşı tələbləri | 499.0 | 457.5 |
3. Loro hesablar | 211.5 | 440.5 |
4. Maliyyə institutlarının depozitləri | 1,230.3 | 945.7 |
5. Bankların kreditləri | 90.8 | 85.7 |
6. Digər maliyyə institutlarının kreditləri | 1,899.9 | 1,903.9 |
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar | 1,851.8 | 1,851.5 |
8. Digər passivlər**** | 1,536.9 | 1,136.8 |
9. Cəmi öhdəliklər | 24,037.3 | 23,779.7 |
KAPİTAL | 31.03.2018 | 30.04.2018 |
10. Xüsusi kapital | 3,633.7 | 3,632.6 |
11. Ümumi ehtiyatlar | 236.4 | 239.1 |
12. Cəmi kapital | 3,870.1 | 3,871.7 |
13. Cəmi öhdəliklər və kapital | 27,907.4 | 27,651.4 |
Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur.
* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla
** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla
*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla
**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















