Analitik həlləri təqdim edən ilk yerli şirkət fəaliyyətə başlayıb
DATAZET! Datanızı bizimlə gəlirə çevirin
Azərbaycanda Data texnologiyaları sahəsində, müxtəlif sistemlər vasitəsilə analitik həlləri təqdim edən ilk yerli şirkət - “DATAZET” MMC fəaliyyətə başlayıb
“BİG DATA” termini ilk dəfə, 2008-ci ildə “Nature Klifford Linç” jurnalında “Dünyada məlumat bazası həcminin kəskin artması”na həsr olunmuş xüsusi məqaləsində əks olunmuşdu. Terminin arxasında iki əsas söz durur – məlumatların emalı və yığılması.
Müasir həyatda "BİG DATA" - sosial-iqtisadi fenomen kimi qəbul olunur və onun texnoloji funksionallığı böyük həcmdə məlumatların genişlənmiş metod və üsullarla təhlil / analiz aparmağa imkan yaradır. Böyük həcmdə məlumat bazasının təhlilli hesabına tələb olunan konkret nəticələrin əldə edilməsinə və gələcəkdə effektiv istifadəsinə şərait yaradır.
Son beş il ərzində dünyanın bir çox ölkələrində, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən dövlət və özəl təşkilatları tərəfindən Big Data üzərində müxtəlif analitik sistemlərin tətbiqi və istifadəsi geniş vüsət alıb. Hazırda təxminən inkişaf edən ölkələrdə, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes subyektlərinin 30 faiz Big Data üzərində yaradılan sistemlərdən istifadə edir.
Big Data üzərində yaradılan sistemləri tətbiq edən biznes subyektlərin rəyləri müsbət nəticələrə köklənir. Odur ki, biznesin idarəetməsi sahəsində effektivliyin dəfələrlə artırılmasına xidmət etdiyini, yaradılan məlumat bazası ilə məlumatların geniş analizinin aparılmasını, məlumatların analizi hesabına iş prosesində olan bütün boşluqları aradan qaldırmasını, vaxtında düzgün və adekvat qərarların verilməsini ciddi dəstəklədiyi vurğulanır.
Sistemlərin funksional olaraq real vaxt rejimində (onlayn) - biznes proseslərin optimizasiyası, gələcək (satış, qiymət və s.) proqnozların ssenariləri üzrə simulyasiyası, risk və stress testlərin aparılması, əməliyyatların trend və dinamikasının izlənməsi, maliyyə hesabatlarının vizualizasiyası, KPİ göstəricilərinin monitorinqi, parametrik müqayisəli və digər müxtəlif təyinatlı proqnoz (prediktiv) təhlillərin və analizlərin həyata keçirilməsini mümkün edir. Sistemlərin tətbiqi əsasən süni intellekt (artificial intellect), maşın öyrənməsi (machine learning) və biznes analitika (Bİ-business intelligence) platformalarında işləyən proqram təminatları üzərindən qurulur.
Big Data idarəetmə sahəsində hədsiz şəkildə təhlil imkanlarını genişləndirir və adekvat qərarların verilməsinə birbaşa xidmət edir. Eyni zamanda onun əsasında yaradılan sistemlərin yüksək faydası olduğu üçün, sistem platformaların istifadəsinə tələbin davamlı artmasına səbəb olur.
Azərbaycanda qeyd olunan sahədə ixtisaslaşmış yerli şirkət mövcud olmadığı səbəbindən, qeyd olunan biznes sahəsinin boş olduğu üçün “DATAZET” şirkətinin pioner qismində bazara daxil olmaq perspektivini açıb. Bu səbəbdən, qabaqcıl data texnologiyalar əsasında ölkəyə yeni əlavə dəyər yaradan innovativ xidmətlərin təqdim etmək potensialını nəzərə alaraq, qısa müddət ərzində şirkətin təsis edilməsi və fəaliyyətə başlamağına qərar verilib.
Ölkədə artıq Big Data üzərində sistemlərdən istifadə ehtiyaclarının yaranması ilə bağlı müəyyən ehtiyacların yaranmaqdadır, odur ki, bir sıra müxtəlif təşkilatlar tərəfindən sistemlərin tətbiqi ilə əlaqədar müəyyən araşdırmalara başlayıblar.
Bu perspektivləri nəzərə alaraq, yaxın dövr ərzində dövlət və özəl təşkilatları tərəfindən şirkətin təqdim etdiyi aidiyyəti xidmətlərdən geniş istifadəsi üçün kifayət qədər tələbin yaranmasına zəmin yaranacaq.
DATAZET şirkəti haqqında ətraflı məlumat almaq üçün - http://datazet.az/ linkinə daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 36 d. sonra
-
14 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 15 d. əvvəl
-
-
22 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
28 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
40 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 44 d. əvvəl
-
59 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























