Bu gün G7 Liderlər Zirvəsi başlayır
Dünyanın ən böyük iqtisadiyyatına malik yeddi ölkədən ibarət olan G7 Qrupunun Liderlər Zirvəsi bugün Kanadanın ev sahibliyində başlayacaq. İki gün davam edəcək 44-cü G7 Liderlər Zirvəsi Kanadanın Quebec ştatının Charlevoix qəsəbəsində keçiriləcək.
"Marja" xəbər verir ki, Avropa Birliyi də G7-də təmsil olunur.
Tədbirin keçiriləcəyi qəsəbəyə gedən yollarda və bölgədə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.
Zirvə görüşünü izləyəcək mətbuat nümayəndələri üçün də Quebec City şəhərində mətbuat mərkəzi yaradılıb.
Zirvənin yerli vaxtla 12.00-da rəsmi açılışı keçiriləcək.
Kanadanın Baş naziri Justin Trudeau verdiyi açıqlamada, bütün G7 ölkələrinin iqtisadi artımın faydalarının ədalətli bir şəkildə bölüşdürülüb bölüşdürülmədiyinə dair ümumi bir problemlə qarşı-qarşıya olduğunu deyib.
Baş nazir Trudeau, "G7 sədri olaraq Kanada, bu iqtisadi problemlə qarşı-qarşıya qalmışdır və bu ilin G7 gündəliyinin mərkəzində hər kəs üçün işləyən böyümə hədəfi var" deyib.
ABŞ Prezidenti Donald Tramp Prezident olaraq Kanadaya ilk səfərini reallaşdıracaqdır. G7 Liderlər Sammitinin, ötən günlərdə Tramp rəhbərliyinin polad və alüminiuma tətbiq etdiyi ağır gömrük vergiləri səbəbindən sanki bir "ticarət müharibəsinə" səhnə olacağı ehtimal edilir.
G7 üzvü olan altı ölkənin maliyyə nazirləri ilə Avropa Birliyi nümayəndələri sammit öncəsi Kanadada görüşmüşdü. Görüşdə ABŞ-ın yeni gömrük tariflərinə qarşı birləşmək qərarı çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
16 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
22 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























