Pul vahidi dəyərdən düşdü, 50 milyard dollar borc almağa məcbur oldu
Beynəlxalq Valyuta Fondu (BVF) və Argentinanın, 50 milyard dollar krediti əhatə edən 3 illik "stand-by" müqaviləsi üzərində razılaşdıqları bildirilib.
"Marja", BVF-dən verlən yazılı açıqlamaya istinadən xəbər verir ki, ötən ay kredit tələb edən Argentina hökuməti ilə BVF nümayəndə heyəti, 3 illik "stand-by" müqaviləsində razılaşıb.
BVF İdarə Heyətinin təsdiqinə təqdim olunacaq müqavilə, son dövrdə pul vahidi kəskin dəyərdən düşən Argentinaya 50 milyard dollar kredit verilməsini nəzərdə tutur.
Ölkənin dollarda olan böyük məbləğdə borclarını ödəməsinə imkan verəcək kredit, BVF-nin təsdiq etdiyi iqtisadi proqrama əməl edilməsi şərtini də ehtiva edir.
Argentina pesosunun bu il dollar qarşısında 25 faiz ətrafında ucuzlaşması ölkəni qtisadi böhranın astanasına gətirmişdi.
Argentina Mərkəzi Bankı, pesonun dəyərdən düşməsinin qarşısını almaq üçün faizi 40%-ə qaldırmışdı.
"Stand-by" müqaviləsi nədir?
BVF-nin ehtiyacı olan üzvlərinə maliyyə dəstəyi vermək məqsədilə bağladığı müqavilələr "stand-by" müqaviləsi adlandırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 26 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























