Raket Qoşunlarının hərbi hissəsi açıldı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına raport verib.
Bildirilib ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.
Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu cür müasir qərargah binalarının yaradılması hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimizin atdığı mühüm addımların ardıcıl olduğunu bir daha göstərir.
Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə də tanış olub.
Yataqxana binasında əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Burada məişət və əşya otaqları, dəftərxana və digər zəruri otaqlar yaradılıb. Yataqxanadakı ideoloji otaqda hərbi qulluqçular Azərbaycanın hərb tarixinin şanlı səhifələri barədə məlumat alacaqlar.
Hərbi hissədə əsgər və zabitlərin idmanla məşğul olmaları üçün də yaxşı şərait var. Burada quraşdırılan idman meydançasında hərbi qulluqçular minifutbol, basketbol və voleybolla məşğul ola biləcəklər.
Hərbi hissənin raketlərin yoxlanılması anqarında zəruri avadanlıq quraşdırılıb. Burada raketlər təmir ediləcək və yoxlanılacaq. Burada, həmçinin raket meydançası da yaradılıb. Bu hərbi hissədə belə müasir infrastrukturun yaradılması onun strateji əhəmiyyətini daha da artırır.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxıb.
Yeni hərbi hissənin ərazisində iriqabaritli hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb. Ümumilikdə, burada görülən işlər ordu quruculuğu sahəsində son illərdə aparılan məqsədyönlü islahatların tərkib hissəsidir.
Dövlətimizin başçısı döyüş texnikası parkında hərbi texnikaya baxıb.
Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verilib. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.
Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























