Palata “Törəmə maliyyə alətləri” mövzusunda seminar keçirib
Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Törəmə maliyyə alətləri və inkişaf etməkdə olan ölkələr tərəfindən onlardan istifadə” mövzusunda seminar keçirilib.
Palatanın yaydığı məlumata görə, təlimdə 30 nəfər bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak ediblər.
Seminar çərçivəsində törəmə maliyyə alətləri anlayışı, növləri və Türkiyənin bank sektorunda onlardan risk menecment aləti kimi istifadəsi mövzularına toxunulub.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
Bundan əlavə, təlimdə Türkiyə Mərkəzi Bankı və İstanbul Mərkəz Bankçılıq Məktəbinin təşkil etdiyi “İnkişaf etməkdə olan Maliyyə bazarları və Mərkəzi Banklar üçün derivativlər və törəmə maliyyə alətlərindən istifadə” təlim proqramının əhatə etdiyi yeniliklər və beynəlxalq təcrübə təlim iştirakçılarına təqdim edilib.
İştirakçıların sözlərinə görə, təcrübə mübadiləsi və diskussiyalarla zəngin olan təlimdə əldə etdikləri yeni biliklər onların professional inkişafına töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)










.jpg)

