"Bu, büdcədən vəsaitin qoparılması deməkdir" - ETİRAZLAR
“2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində qeyri-neft sektoru üzrə gəlirlərin 1 milyard manatdan artıq məbləğdə azaldılması sual doğurur. Biz qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün küllü miqdarda vəsait ayırırıq, lakin büdcədə bu sahə üzrə gəlirlərin azaldılması nəzərdə tutulur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib.
Millət vəkilinin sözlərinə görə, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
“Bundan başqa, büdcədə xərclərin artırılması da nəzərdə tutulur. Bunlar əsasən pensiya, əmək haqları, sosial müavinətlərin yerinə yetirilməsi ilə bağlıdır. Eyni zamanda, büdcədə Dövlət Neft Şirkətinə qazma işləri ilə bağlı 663 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Mən bir məsələni başa düşə bilmirəm- Necə olur ki, Azərbaycan özü qaz hasil edir, lakin “Azərenerji”yə kompensasiya veririk? Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı daha diqqətdə olmalı olan məsələdir. Məni narahat edən digər məsələ İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin dayandırılması ilə bağlıdır. Dünya Bankı ilə birgə həyata keçirilən layihə ilə biz rayonlarda, kənd yerlərində təcili ehtiyac yaranan zaman investisiyadan istifadə edirdik. İndi bu layihə dayandırılıb. Kənd yerlərindən bizə müraciət çox olur. Mən kənd təsərrüfatı naziri İnam Kərimovla danışmışam. Lazımdırsa, prezident İlham Əliyevə də müraciət edilməsini xahiş edirəm,”- deyə V. Əhmədov bildirib.
Millət Vəkili Əli Məsimli də “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi ilə bağlı öz iradlarını bildirib:
"Biz hər il büdcəyə yenidən baxırıq. Büdcədə nəzərdə tutulan xərclər səmərəsiz xarakter daşıyır. Tikintiyə ayrılan vəsait 5 milyard manatdan çoxdur. İnsan inkişafına, təhsilə ayrılan xərclər isə azdır. Burada korrupsiya elementlərinin olması ehtimalı böyükdür. Bu məsləyə diqqət yetirmək lazımdır. Dövlət borcuna ayrılan vəsait 10 faizdən çox artırılıb. Dövlət zəmanəti ilə ayrılan borcların analizinə xüsusi ehtiyac var. Bir sıra dövlət təşkilatlarına ayrılan vəsait artırılıb. SOCAR Azərbaycan dövlət büdcəsinə yardım etməlidir. Dövlət büdcəsindən SOCAR-a yardım edilməməlidir. Bu, büdcədən vəsaitin qoparılması deməkdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Əgər Azərbaycan əhalisinin maaşı 25 manatla 40 manat arasında artırsa, köməklik edilirsə, elə əhaliyə edilsin. Dövlət büdcəsindən SOCAR-a edilən yardım heç bir məntiqə sığmır. SOCAR kimi böyük şirkətlər bu cür yardıma arxayınlaşıb dövlət zəmanəti ilə kredit alıb qaytarmayacaqlar. Bu, Azərbaycanın dövlət büdcəsini donor büdcəyə çevirmək deməkdir”.
Maliyyə naziri Samir Şərifov millət vəkillərinin iradına münasibət bildirib:
"Bəzi millət vəkilləri mənə müraciət ediblər. Burda İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin bağlanmasından söhbət getmir. Bu layihə regionlarda müəyyən işlərin görülməsi ilə bağlıdır. Layihənin dayandırılması yox, davam etdirilməsi nəzərdə tutulub. Lakin əvvəlki illərdə biz bu layihəni xarici borclanma hesabına edirdik. Bundan sonra layihəni daxili maliyyə imkanları hesabına həyata keçirəcəyik. Xarici borclanmaya getməməyin əsas səbəbi ondan ibarətdir ki, biz xarici valyuta ilə bağlı məsələlərə həssas yanaşırıq. Xarici valyutada gəlirlərimizi artırmağa çalışırıq, bunun hesabına ölkədən valyuta axınının qarşısını almalıyıq. Ona görə xarici borclanma yalnız o layihələr üçün nəzərdə tutulub ki, orada idxal komponenti qaçılmazdır. Kənd investisiya layihəsi ilə bağlı nəzərdə tutulan işlər daxili tikinti, abadlıqla bağlı işlərdir. Burada xarici valyutaya ehtiyac yoxdur".
© APA
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 2 saat sonra
-
28 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
-
55 d. əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 12 saat əvvəl
-
15 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
15 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Ən çox oxunanlar
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO






















