Telman İsmayılovun otelinə müştəri çıxıb
Antalyanın Kundu turizm bölgəsində 2009-cu ildə əslən azərbaycanlı olan rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək istifadəyə verilən, ancaq sonradan borcları səbəbindən "Xalq Bankası"na təhvil verilən "Mardan Palace Hotel"ə müştəri çıxıb. Türkiyə və xaricdə 9 oteli olan "Titanic Hotels" hərəkətə keçib.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər veri ki, "Titanic Hotels"in İdarə Heyətinin sədri Mehmet Aygünün otelin borc vəziyyəti və ödəmə planı ilə bağlı "Xalq Bankası" rəsmiləri və iş adamı İsmayılov ilə xüsusi bir görüş keçirib. Görüşün müsbət keçdiyi bildirilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Məsələ ilə bağlı açıqlama verən "Titanic Hotel"in İdarə Heyətinin sədri Aygün, hazırda ikitərəfli görüşlər keçirdiklərini bildirərək, "Belə bir kompleksin bağlı qalmasına "içimiz cız" edir. Belə bir otelin bağlı qalmaması üçün "Titanic" olaraq görüşlər keçiririk. Ən qısa zamanda da bunu başa çatdıracağıq" deyib.
ADI DƏYİŞMƏYƏCƏK
Danışıqların müsbət yekunlaşması halında otelin aktiv hala gəlməsi üçün işə başlayacaqlarını qeyd edən Aygün, ad məsələsində bir dəyişikliyə getməyəcəklərini dilə gətirib. Aygün, "Bu günə qədər reklam edilmiş "Mardan Palace"ın adını dəyişdirmək olmaz. Ancaq "Mardan Palace Titanic Group" şəklində ola bilər. Zərər edən oteli pul qazandıracaq hala gətirməyə çalışacağıq. Hamımıza xeyirli olsun" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

























