Səhm və korporativ istiqrazlar bazarında tənəzzül davam edir
2018-ci ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 11 milyard 728 milyon 183 min manat təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
"Marja" Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, bazarın 51%-i və ya 6 milyard 6 milyon manatı dövlət qiymətli kağızlar bazarının, 41%-i və ya 4 milyard 849 milyon manatı törəmə alətlər (forex) bazarının payına düşüb.
Qiymətli kağızlar bazarının artmasının səbəbi də Mərkəzi Bankın notlarının və Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirmələrinin kəskin artmasıdır.
Ötən ilinbirinci yarısı ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Pay bazarı 9,5 dəfə azalaraq 68 milyon 557 min manata, Borc alətləri bazarı 9% azalaraq 337 milyon manata düşüb. Borc alətləri bazarının böyük hissəsi AİF istiqrazları ilə bağlıdır. Digər korporativ istiqrazlar bazarı tənəzzüldədir.
Bazarın sektoru | Dövriyyə, yanvar-iyun 2018 | Dövriyyə, yanvar-iyun 2017 | ||
| Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı |
I. Dövlət Qiymətli Kağızlar bazarı | 6,006,692,380.57 | 798 | 1,106,388,681.17 | 310 |
MN Dövlət İstiqrazları | 465,220,004.24 | 278 | 330,154,022.94 | 209 |
Dİ yerləşdirmə | 385,926,140.80 | 161 | 301,272,850.86 | 165 |
Dİ təkrar | 79,293,863.44 | 117 | 28,881,172.08 | 44 |
AMB Notları | 5,541,472,376.33 | 520 | 776,234,658.23 | 101 |
NOT yerləşdirmə | 5,541,472,376.33 | 520 | 776,234,658.23 | 101 |
NOT təkrar | - | - | - | - |
II. Pay bazarı | 68,557,474.51 | 794 | 650,493,053.59 | 725 |
Səhmlər yerləşdirmə | 26,200,000.00 | 2 | 649,121,094.93 | 6 |
Səhmlər təkrar | 42,357,474.51 | 792 | 1,371,958.66 | 719 |
III. Borc Alətləri Bazarı | 336,971,747.20 | 502 | 369,807,044.80 | 449 |
AİF istiqrazları yerləşdirmə | 95,306,247.46 | 18 | 100,207,099.50 | 19 |
AİF istiqrazları təkrar | 169,136,518.43 | 21 | 161,769,732.72 | 21 |
Digər korporativ istiqrazlar * yerləşdirmə | 5,000,000.00 | 11 | - | - |
Digər korporativ istiqrazlar * təkrar | 67,528,981.31 | 452 | 107,830,212.58 | 409 |
- o cümlədən market meyker | 2,307,882.00 | - | 1,396,389.00 | - |
IV. REPO əməliyyatları | 466,160,077.20 | 220 | 11,577,467.73 | 17 |
AMB-nin Repo əməliyyatları | - | - | - | - |
Digər Repo əməliyyatlar | 466,160,077.20 | 220 | 11,577,467.73 | 17 |
V. Törəmə Alətlər Bazarı | 4,849,801,250.80 | 57,950.00 | 2,199,908,524.07 | 36,506.00 |
Valyuta | 4,312,526,297 | 51,172 | 2,013,183,426 | 32,846 |
Əmtəə | 537,274,954 | 6,778 | 186,725,098 | 3,660 |
Cəmi | 11,728,182,930.28 | 60,264.00 | 4,338,174,771.36 | 38,007.00 |
- o cümlədən: ilkin bazar ( I+II+III) | 6,053,904,765 | 712 | 1,826,835,704 | 291 |
- o cümlədən: təkrar bazar ( I+II+III) | 358,316,838 | 1,382 | 299,853,076 | 1,193 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 36 d. sonra
-
14 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 15 d. əvvəl
-
-
22 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
28 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
40 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 44 d. əvvəl
-
59 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























