Saxta əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilir
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan İşçi Qrupun növbəti iclasında diqqətə çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.
İclasda S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb.
Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.
S.Babayev əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, mövcud informasiya sistemlərindən və bazalarından istifadə edilməklə müxtəlif araşdırmaların aparılması və əlillik təyinatı üçün göndərilən hər bir xəstəyə dair ən azı 3 illik dövr üzrə xəstəlik tarixçəsinin elektronlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu resursa çıxışının təmin edilməsi istiqamətində birgə fəaliyyət müstəvisində kompleks işlər aparılır.
İclasda “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”nın tələblərinə uyğun olaraq əlillik üzrə sosial modelin prinsiplərini özündə ehtiva edən “Fərdi reabilitasiya proqramın”ın İşçi Qrupu tərəfindən hazırlanmış layihəsi müzakirə olunub. Daha sonra bərpa və reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə nazir tərəfindən verilmiş tapşırıqların icrası üzrə İşçi Qrupun məruzəsi dinlənilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
2 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
10 d. əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
-
3 saat əvvəl
“Alstom” şirkəti Meksika ilə 1 milyard dollarlıq müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Ən çox oxunanlar
Tramp: “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşdıq”
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 28-də gözlənilən hava şəraiti
Xalq Bank 21 illiyini qeyd edir
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
















