Pakistan Bankının Bakı filialı ilin 1-ci yarısını mənfəətlə başa vurdu
Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını 31 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 57 min manat xalis zərərlə çıxmışdı.
6 ay ərzində Pakistan bankının faiz gəlirləri 435 min manat, faiz xərcləri 2 min manat, qeyri-faiz gəlirləri 1 min manat, qeyri-faiz xərcləri 409 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 6 min manat təşkil edib.
Bu il iyulun 1-nə Bakı filialının aktivləri 10 milyon 717 min manat olub ki, bu da illik müqayisədə 4,6% azdır. Bunun 1,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə filalın kredit portfeli 16,8% böyüyüb.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 51,2% azalaraq 475 min manata düşüb. Bunun 462 min manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 29,7% kiçilib. O cümlədən fiziki şəxslərin depozitləri 31,2% azalaraq 203 min manat, hüquqi şəxslərin depozitləri isə 28,5% azalaraq 259 min manat olub.
İl ərzində Bakı filialının balans kapitalı isə 0,2% azalaraq 10 milyon 243 min manat təşkil edib.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























