"Rabitəbank" 25 illiyini 700 nəfərlik işçi heyətilə qeyd edib - FOTOLAR
(®) 14 İyul tarixində "Rabitəbank" özünün 25 illik yubileyini 700 nəfərlik işçi heyəti ilə möhtəşəm şəkildə qeyd edib.
Tədbir "Dreamland" Qolf Klubunda baş tutub. Açılışına bankın 25 illik fəaliyyətinə həsr olunmuş korporativ film ilə başlanılan tədbirin rəsmi hissəsində ilk çıxışı bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev edib.
"Rabitəbank"ın yarandığı ilk günlərdən, 1993-cü ildən başlayaraq bugünə qədər keçilən yoldan və gələcək planlardan danışan sədr hər kəsi təbrik edərək növbəti uğurlara kökləyib. Daha sonra bank rəhbərliyi növbə ilə çıxış edərək komandanı təbrik edərək fərqlənən işçilərə müxtəlif hədiyyələr təqdim ediblər.
Rəsmi hissə bitdikdən sonra bütün əməkdaşlar açıq havada təşkil olunmuş əyləncəli partiyə dəvət olunublar. Çox dinamik və əyləncəli keçən partidə iştirakçıların ixtiyarına verilən açıq bufetlər gecənin sonuna qədər mütəmadi olaraq yenilənib. Müxtəlif ritmik musiqilər, geniş rəqs meydançası və gedişatda keçirilən müxtəlif müsabiqələr iştirakçıları gecə boyu tonusda saxlamağa və əyləncənin pik səviyyəyə çatmasına imkan verib.
Günün sonuna doğru tamamlanan partidən çıxan bütün qonaqlar əvvəlcədən təşkil olunmuş nəqliyyatlar vasitəsilə rahatlıqla evlərinə yollanıblar.
Tədbir qızmar keçən yay fəslinin və qızğın iş ilinin tən ortasında bütün komandanın bir günlük də olsa iş stresindən uzaq olmağa və növbəti illər, növbəti uğurlar üçün motivasiya olmağa kömək edib.
"Rabitəbank"ı 25 illik yubileyi münasibətilə təbrik edir və yeni, bol uğurlar arzu edirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















