"İddialar tamamilə əsassızdır" - Gömrükdən AÇIQLAMA
İyulun 22-də sosial şəbəkələrdə Türkiyə Respublikasının vətəndaşı Davud Tonyalı adlı şəxsə istinadən Azərbaycan gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb.
64 yaşı olduğunu bildirən həmin şəxs Azərbaycan gömrüyündə problemlərlə qarşılaşdığını və ondan qanunsuz vəsait tələb olunduğunu iddia edir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin videoda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayımlanıb: "Videoda irəli sürülən iddialar hər hansı fakta söykənmir. Üstəlik, vaxtı, tarixi, məkanı və kim tərəfindən qeydə alındığı məlum olmayan məlumatı verən mənbənin etibarlılığı da şübhə doğurur. Ölkəmizə səyahət edib-etmədiyinə, gömrük və ya digər dövlət orqanlarında, iddia olunduğu kimi, haqsızlıqlarla qarşılaşdığına dair faktlar olmadığı halda, hər hansı bir şəxsin dövlətin strateji qurumlarından biri haqqında əsassız iddialarını yayımlamaq ya naşılıq, ya da qərəzdir.
Lakin Dövlət Gömrük Komitəsinin sözügedən şəxsin videodakı ad və soyadına əsaslanaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 1955-ci il təvəllüdlü Davud Tonyalı sonuncu dəfə 2008-ci ildə Azərbaycan Respublikasına səyahət edib. Araşdırma zamanı həmin şəxsin gömrük orqanlarından narazılığına dair hər hansı fakt aşkar edilməyib.
10 il əvvəl ölkəyə gələn şəxsin iddialarının doğruluğuna inanmaq üçün isə, Anadoludakı el məsəlində də deyildiyi kimi, “min nəfər şahid” lazımdır.
Azərbaycan gömrüyünün inkişafı göz önündədir. Dünyanın ən qabaqcıl təcrübələrindən faydalanan Azərbaycan gömrüyü artıq “bir pəncərə”, “yaşıl dəhliz”, “elektron bəyannamə” və digər mütərəqqi tətbiq və sistemləri qısa zaman kəsiyində həyata keçirib. Ümumdünya Gömrük Təşkilatı tərəfindən Azərbaycan gömrüyünün təcrübəsi bir çox ölkələrə tövsiyə edilir. Ölkəmizin sürətlə dünyanın nəqliyyat və logistika mərkəzinə çevrilməsində gömrük orqanlarının fəaliyyəti danılmazdır.
Lakin, istər dövlət, istərsə də onun strateji qurumlarından biri olan gömrük orqanlarının həyata keçirdiyi irimiqyaslı layihələri görməzdən gələrək, bu qəbildən əsassız məlumatların ictimailəşdirilməsi yalnız qərəzli xarakter daşıyır".
Dövlət Gömrük Komitəsi bir daha Komitənin və onun əməkdaşlarının fəaliyyətilə bağlı məlumatları yayımlayarkən, qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)



.jpg)








