140 milyon manata yaxın kapitalı olan banka əmanət yatıranlar artır
“AtaBank”ın depozit portfeli artıb.
“Marja” Bankın yeni hesabatına istinadən xəbər verir ki, “AtaBank”da cəmi depozitlər 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 8,4% artaraq 315 milyon 593 min manat təşkil edib. “AtaBank” 2017-ci ilin birinci yarısının yekununda 291 milyon 182 min manat cəmi depozit portfelinə malik idi.
Cəmi depozit portfelinə daxil olan fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 225 milyon 365 min manatdan 273 milyon 373 min manata qalxıb. Qısası, son bir ildə “AtaBank”da fiziki şəxslərin əmanətləri 48 milyon 8 min manat və ya 21,3% artıb.
“AtaBank”a yatırılan əmanətlərin artmasının səbəblərindən biri təklif edilən şərtlərin əlverişli olmasıdırsa, digər biri səbəb Bankın yüksək kapitalıdır. "AtaBank" 2018-ci ilin İyun ayının sonunda 139 milyon 662 min manat məcmu kapitala malik olub. Bu, banklara qarşı minimal tələbdən 2,8 dəfə çoxdur.
Xəbər verdiyimiz kimi “AtaBank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlatıb. Ətraflı burada.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















