Azərbaycan və İran birgə komissiya yaradacaq
İran İslam Respublikasının Tehran şəhərində keçirilən 24-cü Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (ELECOMP) sərgisində ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sərgidə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri iştirak edib. Bir sıra yerli İKT şirkətləri ölkəmizə məxsus Milli Pavilyonda öz məhsul və həllərini nümayiş etdirib.
İrana səfəri çərçivəsində nazir Ramin Quluzadə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşlər keçirib.
Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdə sərhədyanı ərazilərdə mobil şəbəkələrin, radio və televiziyaların birgə radiomonitorinqi, qanunsuz trafikin ötürülməsinin qarşısının alınması sahəsində əməkdaşlıq, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiyası məsələləri müzakirə olunub. Qərara gəlinib ki, bu sahədə əməkdaşlıq üçün birgə komissiya yaradılsın.
İran İslam Respublikasının yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə beynəlxalq daşımalarda İran ilə sərhəd-keçid məntəqələrində mövcud çətinliklərin aradan qaldırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması kimi məsələlər müzakirə olunub.
İran İslam Respublikasının informasiya-kommunikasiya texnologiyaları naziri ilə görüşdə telekommunikasiya, poçt, startap layihələrinin və startap ekosisteminin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi və s. məsələlər müzakirə mövzusu olub.
Müzakirələr çərçivəsində İran şirkətləri “BakuTel-2018” beynəlxalq sərgi-konfransına dəvət olunub.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
3 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
3 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
3 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
-
3 saat əvvəl
İyunun 30-nun hava proqnozu - yağış yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
Ən çox oxunanlar
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
"Bank olmaq istəməyən fintex, fintex deyil"
























