"AccessBank" nizamnamə kapitalını 140 milyon manat artırır
“AccessBank” nizamnamə kapitalını 2 dəfə artıraraq 280 milyon 258 min manata qaldırmağa planlaşdırır.
"AccessBank" 2018-ci ilin ilk yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, hesabat dövrünün sonuna bankın aktivlərinin həcmi 827 milyon 873min manat təşkil edib ki, bu da birinci rübün sonu ilə müqayisədə 2 milyon 894 min manat çoxdur. Aktivlərin artımı əsasən kredit portfelinin böyüməsi hesabına baş verib. Belə ki, ilk rüblə müqayisədə "AccessBank"ın kredit portfeli 12 milyon 580 min manat artaraq 503 milyon 743 min manat təşkil edib.
Bankın depozit portfeli də ənənəvi şəkildə artım nümayiş etdirib. Bankda yerləşdirilən depozitlərin həcmi birinci rüblə müqayisədə 21 milyon 959 min manat artaraq 450 milyon 155 min manata çatıb. Bu isə müştərilərin banka olan yüksək etimadından xəbər verir.
İyun ayının sonuna "AccessBank"ın ani likvidlik əmsalı 93,03% təşkil edir ki, bu da minimal normativ tələbi 3 dəfədən çox üstələyir. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.
"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, ötən həftə baş tutan Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması banka yeni inkişaf mərhələsinə daxil olmaq üçün yaxşı imkanlar yaradır:
"Mikromaliyyələşmə sahəsinin lideri olaraq mövqeyimizi nəinki qorumağı, hətta gücləndirməyi düşünürük. Bu məqsədə nail olmaq üçün bizim maliyyə dayanıqlılığı, kadr potensialı və müştəri etibarı kimi zəruri resurslarımız var. Bazar payımızı gücləndirməklə yanaşı, biz xidmət səviyyəmizin artırılması üçün də lazımi addımlar atacağıq. Biz 2018-ci ilə olduqca pozitiv baxırıq və qarşıya qoyulan hədəflərə nail olacağımıza əminik".
Qeyd edək ki, 2018-ci ilin 1-ci rübübnün sonunda "AccessBank" 140 milyon 258 min manat nizamnamə kapitalına və 92 milyon 167 min manat yığılmış zərərə görə 60 milyon 71 min manat cəmi kapitala malik olub. Nizamanmə kapitalının 140 milyon manat artırılması nəticəsində Bankın cəmi kapitalının 100 milyon manatı keçəcəyi gözlənilir.
"AccessBank"ən səhmdarları: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - Kreditanstalt für Wiederaufbau (20%), Access Microfinance Holding AG (16,53%) və LFS Financial Systems GmbH (3,47%)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















